Məhkəmə qərarları › İş №3(035)-718/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-718/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-718/2023 11.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiallara 11 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab rayonu Bıçaqçı kəndində yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıyır. Belə ki, uzun müddət onunla birlikdə Zərdab rayon Polis Şöbəsində işləmişlər. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab şəhərində yaşayır. Şəxs uzun müddətdir ki tanıyır. Belə ki, uzun müddət onunla birlikdə Zərdab rayon Polis Şöbəsində işləmişlər. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində aralarında yaranmış mübahisə zamanı Şəxs onu vurmuşdur. Hazırda Şəxs ilə barışmış, onu bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bağışladığını, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif etmişdir. Məhkəmə də, onun əməlini Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif edir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışmalarını, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-718/2023 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar