Məhkəmə qərarları › İş №3(035)-72/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-72/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-72/2025 24.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, himayəsində bir azyaşlı uşağı olan Zərdab şəhəri, Füzuli küçəsi ev 45-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 24 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 10 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 izahatında göstərmişdir ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-812/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3098.95 manat pul alınıb tələbkar "xxxx" ASC-nin xeyrinə verilməlidir. Bundan başqa Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-615/2021 saylı, 10.11,2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 481.22 manat pul alınıb tələbkar "xxxx" KB ASC-nin xeyrinə verilməlidir. İcra vərəqələri müvafiq olararaq 1302.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərində şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirş birgə borcluya könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Borclu icra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəlikldə icra etmədiyi üçün əmlak və gəlir vəziyyəti araşdrılmış, lakin tələbin yönəlimədi mümkün olan əmlak və gəlirləri aşkar edilməmişdir. Borclunun ünvanına xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borclunun bir neçə dəfə izahatı alınsa da, o, tələb təmin etməmiş və çağrışlara gəlməmişdir. Qeyd edilənləri nəzərə alaraq borclunun barəsində xx.xx.2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmiş, borclu saxlanılaraq xx.xx.2024-cü il tarixdə şöbəyə təqdim edilmiş, həmin tarixdə borclu izahat verərək tələbi birdəfəyə təmin etməsi üçün maddi imkanının olmadığını, lakin tələbi hissə hissə xx.xx.2024-cü il tarixədək icra edəyəcəyini bildirmiş, borclunun barəsində inzibati protokolun tərtib edilməsi təxirə salınmışdır. Lakin, bundan sonra da borclu icra məmurunun qanuni tələblərini icra etməmiş, çağırışlara gəlməmiş, bununla bağlı hər hansı üzürül səbəb bildirməmişdir. Qeyd edilənləri nəzərə alaraq borclunun barəsində təkrar olaraq xx.xx.2024-cü il tarixdə axtarlış haqqında qərar qəbul edilmiş və icra edilməsi üçün Zərdab RPŞ-nə göndərilmişdir, borclunun barəsində axtarış işi açılmışdır. Borclu xx.xx.2025-ci il tarixdə saxlanılaraq Zərdab RİPŞ-nə təqdim edilmiş, borclunun izahati alinmiş və icra sənədləri üzrə yaranmış borcunun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi təmin edə bilməyəcəyini birldirmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, məhkəmə prosesinin gedişində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında bildirmişdir ki, əvvəllər maddi imkanı olmadığından icra sənədləri üzrə tələbi icra edə bilməmişdir. Lakin, məhkəmə prosesinin gedişində icra sənədləri üzrə tələbi icra etmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-812/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 3098.95 manat pul alınıb tələbkar "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-615/2021 saylı, 10.11,2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 481.22 manat pul alınıb tələbkar "xxxx" KB ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında qərarların surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-812/2019 saylı, xx.xx.2019-cu il və 2(035)-615/2021 saylı, 10.11,2021-ci il tarixli icra sənədləri əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra icra sənədləri üzrə tələb təmin edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs oğlu sözügedən icra vərəqəsinin icrasını təmin edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-72/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar