Məhkəmə qərarları › İş №3(035)-724/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-724/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-724/2024 10.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Zərdab rayonunun Şəftəxal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zərdab rayonunun Şəftəxal kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 10 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Zərdab rayonunun Gəndəbil kəndi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qudasıdır. Belə ki, qızı Şahid1 ilə Narıngülün X14 2017-ci il tarixdə evlənmiş və birgə nigahlarından iki uşaqları olmuşdur. X9 13 sentyabr 2022-ci il tarixdə Zəngilan rayonu ərazisində erməni separatçıları ilə döyüş zamanıı şəhid olmuşdur. Kürəkəninin şəhid olmasından 3 ay sonra qızı Aynurə Fəridin ailəsi ilə aralarında olan mübahisələrə görə azyaşlı uşaqlarını da götürüb onun yanına köçmüşdür. 08 noyabr 2024cü il tarixdə saat 16:00 radələrində “Zəfər günü” münasibətilə Gəndəbil kənd qəbristanlığına kürəkəni şəhid Fərid Rüstəmovun qəbrini ziyarətə gedərkən Fəridin ailə üzvüləri ilə rastlaşmışlar. Orada aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Fəridin anası Narıngül onu və qızı Aynurəni nalayiq ifadələrlə təhqir etmiş və “sən kişi deyilsən” deyərək üstünə gələrkən Aynurə onların arasına girərək aralaşdırmışdır. O, Narıngülü vurmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayonunun Gəndəbil kəndində yaşayır. Şəxs onun qudasıdır. Belə ki, oğlu X1 Rüstəmova 2017-ci il tarixdə evlənmiş və birgə nigahlarından iki uşaqları olmuşdur. X14 13 sentyabr 2022-ci il tarixdə Zəngilan rayonu ərazisində erməni separatçıları ilə döyüş zamanıı şəhid olmuşdur. Oğlunun şəhid olmasından 3 ay sonra gəlini Aynurə azyaşlı uşaqlarını da götürüb atası evinə köçmüşdür. Gəlini Aynurə nəvələrini nə ona nə də ki, Fəridin digər qohumlarına göstərmir. 08 noyabr 2024-cü il tarixdə saat 16:00 radələrində “Zəfər günü” münasibətilə Gəndəbil kənd qəbristanlığına oğlu şəhid Fərid Rüstəmovun qəbrini ziyarətə gedərkən orada gəlini Aynurəni, qudası Rövşəni və nəvələrini görmüşdür. Nəvələri ilə görüşmək istəyərkən Aynurə və Rövşən onlara mane olaraq görüşmələrinə icazə verməmiş və Rövşən onu vuraraq itələmişdir. Bu səbəbdən ayağı büdrəyərək yıxılmış və başı oğlunun məzar daşına dəymiş və xəsarət almışdır. Hazırda Şəxs bağışlamır, cəzalanmasını istəyir. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid1 bildirmişdir ki, Şəxs onun atası Zərərçəkmiş şəxs isə qaynanasıdır. Belə ki, Narıngülün X14la 2017-ci il tarixdə evlənmiş və birgə nigahlarından iki uşaqları olmuşdur. X15 13 sentyabr 2022-ci il tarixdə Zəngilan rayonu ərazisində erməni separatçıları ilə döyüş zamanıı şəhid olmuşdur. Fəridin şəhid olmasından 3 ay sonra Fəridin ailəsi ilə aralarında olan mübahisələrə görə azyaşlı uşaqlarını da götürüb atası evinə getmişdir. 08 noyabr 2024-cü il tarixdə saat 16:00 radələrində “Zəfər günü” münasibətilə Gəndəbil kənd qəbristanlığına əri şəhid Fərid Rüstəmovun qəbrini ziyarətə gedərkən orada Fəridin ailə üzvüləri ilə rastlaşmışlar. Orada aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Fəridin anası Narıngül onu və atası Rövşəni nalayiq ifadələrlə təhqir etmiş və “sən kişi deyilsən” deyərək atasının üstünə gələrkən onların arasına girərək aralaşdırmışdır. X10 vurmamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid2 Nofər qızı bildirmişdir ki, Şəxs gəlinləri Aynurənin atası, Zərərçəkmiş şəxs isə anasıdır. X8 Şahid1 2017-ci il tarixdə evlənmiş və birgə nigahlarından iki uşaqları olmuşdur. X11 13 sentyabr 2022-ci il tarixdə Zəngilan rayonu ərazisində erməni separatçıları ilə döyüş zamanıı şəhid olmuşdur. Qardaşının şəhid olmasından 3 ay sonra gəlinləri Aynurə azyaşlı uşaqlarını da götürüb atası evinə köçmüşdür. Gəlinləri Aynurə qardaşı uşaqlarını onlara göstərmir. 08 noyabr 2024-cü il tarixdə saat 16:00 radələrində “Zəfər günü” münasibətilə Gəndəbil kənd qəbristanlığına qardaşı şəhid Fərid Rüstəmovun qəbrini ziyarətə gedərkən orada gəlinləri Aynurəni, qudaları Rövşəni və qardaşı uşaqlarını görmüşdür. Qardaşı uşaqları ilə görüşmək istəyərkən Aynurə və Rövşən onlara mane olaraq görüşmələrinə icazə verməmiş və Rövşən anası Narıngülü vuraraq itələmişdir. Bu səbəbdən anası Narıngülün ayağı büdrəyərək yıxılmış və başı məzar daşına dəymiş və xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid3 Suracəddin qızı Şahid2 Nofər qızının izahatına uyğun izahat vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından cinayət təqibinə xitam verilməklə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər – sifətin sağ yarısında bir ədəd sıyrıq – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş 008194 saylı vəsiqədən görünür ki, Zərərçəkmiş şəxs şəhis ailəsi üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış əlillik haqqında arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlildir. Məhkəmə inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün müdafiəsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsnın ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunmasını, Birinci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil olmasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən tərəflərə barışmaları təklif olsa da, onlar barışmamışlar. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar