Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-74/2025 05.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 oğlunun İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 05 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə tanışı X1 ilə birlikdə Zərdab rayonu Qarasu çayının hövzəsində, Salahlı kəndi ərazisində 1 ədəd çöl dovşanı ovlamışlar. İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara uyğun olaraq təhqiqat materialları əsasında tərtib edib və protokolda da qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə, saat 18:05-də Zərdab rayonu Qarasu ərazisində ov etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati icraatın açılması üçün qərarın surəti Zərdab RPŞ-nin İTB-nə təqdim edilmişdir. İş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 26 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə baxışı zamanı proses iştirakçılarının verdiyi ifadələrdəndə göründüyü kimi şəxsin barəsində tərtib edilmiş protokol ona istinad edilən əmələ, yəni İXM-nin 272-1-ci maddəsinə görə deyil, səhvən İXM-nin 272.3-cü maddəsinə əsasən tərtib edilmişdir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-nin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Beləliklə, Şəxs barəsində 272.3-cü maddəsi ilə tərtib edimiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar Zərdab Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 106 və 09-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar natamamlığın aradan qaldırılması üçün Zərdab rayon Polis Şöbəsinə qaytarılısn. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-74/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-74/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver