Məhkəmə qərarları › İş №3(035)-743/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-743/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-743/2024 25.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1973-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab şəhəri, Alxan küçəsi ev 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 25 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 25 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 3(035)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İcra sənədi Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu borcunun ödənişini təmin etməmişdır. borclu 25 dekabr 2024-cü il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, izahatı alınmış, borcunun ödənilməsi təklif edilmiş, lakin, borclu tələbi icra etməmişdir. Borclu qərəzli şəkildə borcu ödəməkdən yayınmışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 3(035)-193/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Məhkəmə İcra və probasiya şöbəsinin icra məmuru Aysel Yusifovanı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 3(035)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından müəyyən edilir ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035)- 193 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 342.7ci maddələri ilə təqsirli bilinib 500 manaq məbləğində cərimə edilmişdir. Göründüyü ki, Şəxs əməli yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir ki, bu da onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsini istisna edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi üzrə inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-743/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar