Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-766/2024 28.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Zərdab şəhəri, B.Allahverdiyev küçəsi ev 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiala 28 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 28 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollarla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-835/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli müqaviliyə əsasən 463,8 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat cəmi 493.8 manat alınaraq "xxxx" MMC-yə ödənilməsi və həmçinin Zərdab Rayon Məhkəməsinin 2(035)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 810 manat alınaraq X1 xeyrinə ödənilməsi və Zərdab Rayon Məhkəməsinin 2(035)-377/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutularaq X2 verilməsi, ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı tələbkar tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Şəxs tutularaq X2 ödənilməsi qət edilmişdir. İcra sənədləri Zərdab rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qeydiyyta alınaraq icraata başlamaq haqqında qərar qabul edilkərək bildirşlə birgə borclunu yaşayış ünvanına göndərilmiş və tələbi təmin etməsi üçün könüll vaxt verilmişdir. Borclu İcra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəlikldə icra etməməmiş və çağrışlaraq gəlməmişdir. Bunda sonra borclu rayon icra və probasiya şöbəsinə dəvət olunmuş və bildiriş şəxsən özünə təqdim edilmişdir. Lakin, borclu yenə tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Bundan sonra borclunun ünvanına xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək tələbi təmin etməsi bildirilmişdir. Borclu tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Bundan sonra borclu barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarışı haqqındaq qərar qəbul edilrək icrası üçün Zərdab rayon Polis şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis şöbəsi tərəfindən 430201 saylı axtarış işi açılmış və Zərdab rayon Polis şöbəsinin əməkdaşları tərəfindən borclu Şəxs saxlanılaraq xx.xx.2023-cü il tarixdə rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borcluya xx.xx.2023-cü il tarixə kimi vaxt verilmiş, lakin, o, verilsədə tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Borclu barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilrək icrası üçün Zərdab rayon Polis şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis şöbəsi tərəfindən borclu barəsində 430408 saylı axtarış işi açılmış və borclu saxlanılaraq xx.xx.2024-cü il tarixdə Zərdab rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş və Zərdab rayon məhkəməsinin 3(035)- 310/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərarə ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sonrakı müddətdə borclu icra sənədləri üzrə tələbi təmin etməmiş, çağırışlara gəlməkdən boyun qaçırmış və icra sənədləri üzrə tələbi təmin etməkdən yayınmışdır. Borclu barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilrək icrası üçün Zərdab rayon Polis şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis şöbəsi tərəfindən borclu barəsində axtarış işi açılmış və borclu saxlanılaraq xx.xx.2024-cü il tarixdə Zərdab rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İzahatı alınaraq icra sənədləri üzrə tələbi təmin etməsi bildirilsə də borclu tələbi təmin edə bilməyəcəyini qeyd etmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı üçün icra məmurunun qeyd etdiyi icra sənədləri üzrə borcunu ödəməmişdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-835/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli müqaviliyə əsasən 463,8 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat cəmi 493.8 manat alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 810 manat alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-377/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı tələbkar tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Şəxs tutularaq X2 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-710/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-835/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokollar tərtib edilmiş və protokolların bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-835/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(035)- 710/2023 saylı, xx.xx.2023-cü il və 2(035)-377/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs 2(035)-835/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(035)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(035)-377/2024-007 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələrinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-766/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-766/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver