Məhkəmə qərarları › İş №3(035)-85/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-85/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-85/2025 23.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Zərdab rayonunun Çallı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 332.4-cü maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 23 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-in inispektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:40 radələrində idarə etdiyi KİA OPTİMA Minik markalı, ** CN *** dövlət nömrə nişanlı avtomobillə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ara məsafəsi saxlamadan, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə zərərçəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, idarə etdiyi KİA OPTİMA Minik markalı, ** CN *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ara məsafəsi saxlamadan, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə zərərçəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir Məhkəmə inzibati xəta törətmiş şəxs X1 izahatını dinləyib, Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-in inispektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2 və 332.4-cü maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs yol nəqliyyat hadisəsi törədərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025ci il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan, ara məsafəsi saxlamadan, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə manevr etmə qaydalarını pozmaqla zərərçəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2 və 332.4-cü maddələri ilə tövsif etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş materiallarını araşdırıb Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini mümkün hesab edir. Beləlikli, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar