Məhkəmə qərarları › İş №3(035)-86/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-86/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-86/2025 19.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə Zərdab rayon prokurorunun nümayəndəsi X1 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Prokurorluğundan daxil olmuş “inzibati xətta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara və əlavə edilmiş materiala 19 mart 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli, 25-1-2-2-462- 2073-1 saylı “inzibati xətta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində Zərdab RPŞ-nin inzibati binasının qarşısındakı piyada səkisində qayınanası Zərərçəkmiş şəxs qarşı boğmağa cəhd etmə və digər zorakı hərəkətlərlə qəsdən dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə döymüşdür. Məhkəmə iclasında Zərdab Rayon Prokurorluğunun nümayəndəsi X2 izahatında göstərmişdir ki, Zərdab şəhər sakini Zərərçəkmiş şəxs Zərdab rayon prokurorluğuna ünvanladığı şikayət ərizəsi əsasında aradırma aparılmış və Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində Zərdab RPŞ-nin inzibati binasının qarşısındakı piyada səkisində qayınanası Zərərçəkmiş şəxs qarşı boğmağa cəhd etmə və digər zorakı hərəkətlərlə qəsdən dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə döyməsi təsdiqini tapdığından Zərdab rayon Prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə “inzibati xətta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində Zərdab RPŞ-nin inzibati binasının qarşısındakı piyada səkisində qayınanası Zərərçəkmiş şəxsn və azyaşlı oğlunu görmüş və oğluna yaxınlaşmaq istəyərkən qaynanası Zərərçəkmiş şəxs ona icazə verməmişdir. bu səbəbdən aralarında mübahisə olmuş və mübahisə zamanı Şəfayəni itələmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış və Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində Zərdab RPŞ-nin inzibati binasının qarşısındakı piyada səkisində ona qarşı boğmağa cəhd etmə və digər zorakı hərəkətlər edərək onu döymüşdür. Şəxs onun kürəkənidir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, onu bağışlayır və ondan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan xx.xx.2025-cü il tarixli, 25-1-2-2-462-2073-1 saylı “inzibati xətta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:01 radələrində Zərdab RPŞ-nin inzibati binasının qarşısındakı piyada səkisində qayınanası Zərərçəkmiş şəxs qarşı boğmağa cəhd etmə və digər zorakı hərəkətlərlə qəsdən dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmiş bununla da, o, Azərbaycan respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan məhkəmə prosesinin gedişində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. “İinzibati xətta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı qəbul edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə də, onun əməlini Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-86/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar