Məhkəmə qərarları › İş №3(035)-88/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-88/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-88/2025 17.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Zərdab rayonunun Körpükənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab rayonunun Körpükənd kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 17 mart 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 17 mart 2025-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-599/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2418,14 manat tutularaq ABC Telecom MMC-yə ödənilməsi, Zərdab Rayon Məhkəməsinin 2(035)-703/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 6358,43 manat tutularaq Kapital Bank ASC-yə ödənilməsi, Zərdab Rayon Məhkəməsinin 2(035)-761/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3675,99 manat tutularaq Unibank ASC-yə ödənilməsi və Zərdab Rayon Məhkəməsinin 2(035)-762/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 928,01 manat tutularaq Unibank ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq icra edilməsi üçün Zərdab rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Verilmiş könüllü icra müddəti zamanı tələb icra edilməmişdir. Borclu çağırışlardan yayındığı üçün xx.xx.2024-cü il tarixli qərarla barəsində axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilərək izahatı alınmış, icra sənədlərinin icra olunmasının zəruriliyi bir daha ona izah olunmuş, lakin borclu icra sənədlərini icra etməmişdir. Bununlada, borclu icra sənədləri üzrə tələbi icra etməkdən yayınmışdır. Beləliklə, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 2-ci qrup X3 əlilidir. Əvvəl 1000 (bir min) manat əlilliklə bağlı pensiya almışdır. Həmin vaxt borclarını hissə-hissə ödəmişdir. Lakin, son vaxtlar pensiyası müvəqqəti olaraq dayandırılmışdır. Ona görə də borclarını ödəyə bilməmişdir. Pensiyası bərpa olunan kimi borclarını ödəyəcəkdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-599/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2418,14 manat tutularaq ABC Telecom MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-703/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 6358,43 manat tutularaq Kapital Bank ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-761/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3675,99 manat tutularaq Unibank ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-762/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 928,01 manat tutularaq Unibank ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-703/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-762/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-761/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-761/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyə etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokoldan görünür ki, icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zərdab rayon Şöbəsinin Əlillik haqqında 057200 saylı vəsiqəsinin surətindən görünür ki, Şəxs müddətsiz İİ qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini, özünü təqsirli bilməsini, 2-ci qrup X3 əlili olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən icra işi və hazırki işin materiallarından müəyyən olundu ki, borclu İsayev X1 Rayon Məhkəməsinin 2(035)-599/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(035)- 703/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(035)-761/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(035)- 762/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İsayev X1 Rayon Məhkəməsinin 2(035)-599/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(035)-703/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(035)-761/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(035)-762/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələri ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və ikinci qrup əlil olması barəsində həbs növündə inzibati tənbehin seçilməsinin qadağan olunması barədə qanunun müddəalarını rəhbər tutaraq onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar