Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-9/2025 22.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Gəlmə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 22 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X9 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-411/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Zərdab Rayon Məhkəməsinin 2(035)- 188/2022 saylı, xx.xx.2022-cil il tarixli icra sənədinə əsasən Şəxs, X2, X1 və X3 müştərək qaydada əsas borca görə 7560.14 manat, faizə görə 853.62 manat, dövlət rüsumuna görə 104.14 manat, cəmi 8517.9 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2024-ci il tarixdə borclu Zərdab rayon icra və Probasiya Şöbəsinə gətirilmiş borcunun ödənilməsi bir daha ona izah olunmuş, lakin borclu icra sənədləri üzrətələbi icra etməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Lakin, məhkəmə prosesinin gedişində icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə icra edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından icra sənədləri üzrə olan borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda icra sənədlərinin icrasını tam şəkildə icra etmişdir. Əməlindən peşmandır, ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-411/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-188/2022 saylı, xx.xx.2022-cil il tarixli icra vərəqəsindən görünür ki, Şəxs, X2, X1 və X3 müştərək qaydada əsas borca görə 7560.14 manat, faizə görə 853.62 manat, dövlət rüsumuna görə 104.14 manat, cəmi 8517.9 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-411/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarında olan Zərdab rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış ərizələrdən görünür ki, Şəxs tərəfindən icra sənədləri üzrə tələb tam şəkildə icra edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra sənədlərinin icrasını tam şəkildə icra etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-09/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-9/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-9/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver