Məhkəmə qərarları › İş №3(035)-92/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-92/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-92/2025 21.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X1 Müdafiəçi Vəkil İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Zərdab rayonunun Şəftəxal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Şəftəxal kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 21 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №1945964 saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40-da ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inspektoru X4 xx.xx.2025-ci il tarixdə Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inispektoru Taleh Yaqubovla birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin təminat hissəsinin sürücüsü Elvin Hüseynov efir vasitəsilə Zərdab şəhəri, Azərbaycan küçəsində Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillərin ötüşmələri barədə məlumat verməsi ilə əlaqədar dərhal həmin əraziyə getdikdə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobilin sürücüsü Şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq barəsində olan məlumatın araşdırılması üçün Polis Şöbəsinə dəvət etdikdə sonuncu onlarla razılaşmayaraq səs-küy salmış, ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət etsələr də o, heç yerə getməyəcəyini israrla bildirərək onların qanuni tələblərinə tabe olmamışdır. Əlavə kömək çağıraraq həmin şəxsin Zərdab rayon Polis Şöbəsinə gətirilməsi təmin edilmiş, həmin şəxs növbətçi hissəyə təhvil verilmiş və raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında Şəxs barəsəində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Zərdab rayonu Şəftəhal kəndindən Zərdab şəhərinə çay içmək üçün gəlmiş və Zərdab şəhəri, Azərbaycan küçəsi ərazisində həmkəndlisi Musa Şabanovla rastlaşmışdır. Musa ona təzə avtomobil aldığını bildirmiş və hər ikisi öz avtomobilləri ilə hərəkət etmişlər. Bir qədər sonra Musanın idarə etdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, idarə etdiyi avtomobili “Üç qardaş” adlanan kafenin yanında saxlayıb piyada rayon mərkəzinə tərəf gələrkən polis əməkdaşları ona yaxınlaşaraq ondan avtomobilinin harda olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına nə səbəbə onun avtomobilini axtardıqlarını soruşduqda onlar onun Musa ilə avtomobil ötüşdürməsində şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmiş və heç kimlə avtomobil ötüşdürmədiyini bildirmişdir. Polis Şöbəsinə getməyə etiraz etdiyi üçün əlavə polis əməkdaşları gələrək onu zorla polis avtomobilinə əyləşdirib Polis Şöbəsinə aparmışlar. avtomobildə olarkən Seymur və Şadiman adlı polis əməkdaşı onu döymüşdür. Şadiman onun iştirakı olmadan gedib avtomobilini Polis Şöbəsinə gətirmişdir. Polis Şöbəsində olarkən yenidən Seymur, Şadiman və Yusif adlı polis əməkdaşları yenidən onu döymüşdür. Sonradan polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Zərdab rayon prokurorluğuna müraciət etmiş, Zərdab rayon prokurorunun köməkçisi Şəbnəm Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, qərarla şikayəti təmin edilməyərək cinayət işinin başlanması rədd edilmişdir. Hazırda özünü təqsirli bilmir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirmişdir ki, Şəxs özünü təqsirli bilmir və onun əməli öz təsdiqini tapmır. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru X8 izahatında bildirmişdir ki, Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inspektoru X4 ilə birlikdə xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Zərdab RPŞnin təminat hissəsinin sürücüsü Elvin Hüseynov efir vasitəsilə Zərdab şəhəri, Azərbaycan küçəsində Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillərin ötüşmələri barədə məlumat verməsi ilə əlaqədar dərhal həmin əraziyə getdikdə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobilin sürücüsü Şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq barəsində olan məlumatın araşdırılması üçün Polis Şöbəsinə dəvət etdikdə sonuncu onlarla razılaşmayaraq səs-küy salmış, ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət etsələr də o, heç yerə getməyəcəyini israrla bildirərək onların qanuni tələblərinə tabe olmamışdır. Əlavə kömək çağıraraq həmin şəxsin Zərdab rayon Polis Şöbəsinə gətirilməsi təmin edilmiş, həmin şəxs növbətçi hissəyə təhvil verilmiş və raportla şöbə rəhbərinə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin DYPB-nin YPX-nin inspektorları X5 şahid X3 izahatına uyğun izahat vermişdir. İşdə olan Zərdab rayon prokurorunun köməkçisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, 25-3-2-2-462-0259-8 saylı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs bədən səthində olan xəsarətlərin polis əməkdaşları tərəfindən göstərilən fiziki təzyiq nəticəsində əmələ gəlməsi hər hansı faktla öz təsdiqini tapmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №1945964 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40-da ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 020508 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 23:00-da azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və onun müdafiəçisinin, şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40-da ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar