Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-93/2025 03.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inispektoru X1 Müdafiəçi Vəkil İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Zərdab rayonunun Şəftəxal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Şəftəxal kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 03 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inispektoru X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:05 radələrində aşkar surətdə iki və daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsində təqsirləndirilir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin DYPB-nin inispektoru X9 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inspektoru X4 xx.xx.2025-ci il tarixdə Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inispektoru Taleh Yaqubovla birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin təminat hissəsinin sürücüsü Elvin Hüseynov efir vasitəsilə Zərdab şəhəri, Azərbaycan küçəsində Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillərin ötüşmələri barədə məlumat verməsi ilə əlaqədar dərhal həmin əraziyə getdikdə, Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə üz-üzə gəlmişlər və həmin avtomobil yüksək sürətlə onların yanından keçmişdir. Dərhal dönüb onun arxasınca getmişlər və həmin avtomobil SMU-21 qəsəbəsinə dönərək gözdən itmişdir. Həmin avtomobili kənd yolunda saxladaraq izahatı alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirmişlər. Lakin, Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobilin sürücüsü Şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq barəsində olan məlumatın araşdırılması üçün Polis Şöbəsinə dəvət etdikdə sonuncu onlarla razılaşmayaraq səs-küy salmış, ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət etsələr də o, heç yerə getməyəcəyini israrla bildirərək onların qanuni tələblərinə tabe olmamışdır. Əlavə kömək çağıraraq həmin şəxsin Zərdab rayon Polis Şöbəsinə gətirilməsi təmin edilmiş, həmin şəxs növbətçi hissəyə təhvil verilmiş və raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında Şəxs barəsəində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. O, bilavasitə Şəxs avtomobili yüksək sürətlə hərəkət etməsini görməmişdir. Yalnız, raport əsasında onun barəsində İXM-nin 511.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Zərdab rayonu Şəftəhal kəndindən Zərdab şəhərinə çay içmək üçün gəlmiş və Zərdab şəhəri, Azərbaycan küçəsi ərazisində X8la rastlaşmışdır. Musa ona təzə avtomobil aldığını bildirmiş və hər ikisi öz avtomobilləri ilə hərəkət etmişlər. Bir qədər sonra Musanın idarə etdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, idarə etdiyi avtomobili “Üç qardaş” adlanan kafenin yanında saxlayıb piyada rayon mərkəzinə tərəf gələrkən polis əməkdaşları ona yaxınlaşaraq ondan avtomobilinin harda olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına nə səbəbə onun avtomobilini axtardıqlarını soruşduqda onlar onun Musa ilə avtomobil ötüşdürməsində şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmiş və heç kimlə avtomobil ötüşdürmədiyini bildirmişdir. Polis Şöbəsinə getməyə etiraz etdiyi üçün əlavə polis əməkdaşları gələrək onu zorla polis avtomobilinə əyləşdirib Polis Şöbəsinə aparmışlar. Avtomobildə olarkən Seymur və Şadiman adlı polis əməkdaşı onu döymüşdür. Şadiman onun iştirakı olmadan gedib avtomobilini Polis Şöbəsinə gətirmişdir. Polis Şöbəsində olarkən yenidən Seymur, Şadiman və Yusif adlı polis əməkdaşları yenidən onu döymüşdür. Sonradan polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Zərdab rayon prokurorluğuna müraciət etmiş, Zərdab rayon prokurorunun köməkçisi Şəbnəm Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, qərarla şikayəti təmin edilməyərək cinayət işinin başlanması rədd edilmişdir. X8 izahatında avtomobilini 80 km/saat sürətlə idarə etməsini, sfeteforun yanında avtomobili forsaj etməsini və onun avtomobili ilə ötüşməsini bildirsə də bunlar həqiqətə uyğun deyildir. Hazırda özünü təqsirli bilmir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirmişdir ki, Şəxs özünü təqsirli bilmir və onun əməli öz təsdiqini tapmır. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X10 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inispektoru Yusif İmranlı ilə birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin təminat hissəsinin sürücüsü Elvin Hüseynov efir vasitəsilə Zərdab şəhəri, Azərbaycan küçəsində Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobil ilə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillərin ötüşmələri barədə məlumat verməsi ilə əlaqədar dərhal həmin əraziyə getdikdə Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə üz-üzə gəlmişlər və həmin avtomobil yüksək sürətlə onların yanından keçmişdir. Dərhal dönüb onun arxasınca getmişlər və həmin avtomobil SMU-21 qəsəbəsinə dönərək gözdən itmişdir. Həmin avtomobili kənd yolunda saxladaraq izahatı alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirmişlər. Lakin, Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobilin sürücüsü Şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq barəsində olan məlumatın araşdırılması üçün Polis Şöbəsinə dəvət etdikdə sonuncu onlarla razılaşmayaraq səs-küy salmış, ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət etsələr də o, heç yerə getməyəcəyini israrla bildirərək onların qanuni tələblərinə tabe olmamışdır. Əlavə kömək çağıraraq həmin şəxsin Zərdab rayon Polis Şöbəsinə gətirilməsi təmin edilmiş, həmin şəxs növbətçi hissəyə təhvil verilmiş və raportla şöbə rəhbərinə məlumat verilmişdir. Bilavasitə Şəxs avtomobili yüksək sürətlə hərəkət etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin DYPB-nin YPX-nin inspektorları X5 şahid X2 izahatına uyğun izahat vermişdir. İşdə olan Zərdab rayon prokurorunun köməkçisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, 25-3-2-2-462-0259-8 saylı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs bədən səthində olan xəsarətlərin polis əməkdaşları tərəfindən göstərilən fiziki təzyiq nəticəsində əmələ gəlməsi hər hansı faktla öz təsdiqini tapmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №1945964 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40-da ünvan 1 ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 3(035)-92/2025 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.1-cü maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şühbələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin polis əməkdaşları izahatlarında bilavasitə Şəxs avtomobili yüksək sürətlə hərəkət etməsini görmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən xüsusatlar Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:05 radələrində aşkar surətdə iki və daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirilməsini tam şübhə altına alır. Belə olan halda onun Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini istisna edilir. İş üzrə subutetmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşdüyü halda protokolu tərtib edən orqan bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə təqsirləndirilməsi sübuta yetmədiyindən həmin maddə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-93/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-93/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver