Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-94/2025 21.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Zərdab rayonunun Şəftəhal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Şəftəhal kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 21 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inispektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:05 radələrində aşkar surətdə iki və daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsində təqsirləndirilir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin DYPB-nin inispektoru X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inispektoru Taleh Yaqubovla birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin təminat hissəsinin sürücüsü Elvin Hüseynov efir vasitəsilə Zərdab şəhəri, Azərbaycan küçəsində Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobil ilə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillərin ötüşmələri barədə məlumat verməsi ilə əlaqədar dərhal həmin əraziyə getdikdə Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə üz-üzə gəlmişlər və həmin avtomobil yüksək sürətlə onların yanından keçmişdir. Dərhal dönüb onun arxasınca getmişlər və həmin avtomobil SMU-21 qəsəbəsinə dönərək gözdən itmişdir. Həmin avtomobili kənd yolunda saxladaraq izahatı alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və barəsində Azərbaycan Republikası İXM-nin 511.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qardaşı ilə birlikdə Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə Zərdab şəhərinə gəlmişlər və Azərbaycan küçəsi ərazisində sürətlə, yəni 80 km/saat sürətlə avtomobili idarə etmişdir. O, heç bir avtomobillə ötüşməmiş, lakin, sfeteforun yanında avtomobili forsaj etmişdir. Sonradan polis əməkdaşları onu saxladaraq Polis Şöbəsinə aparmişlar. Polis Şöbəsində izahat verərkən işinin tez həll olunması üçün Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillə ötüşməsi barədə izahat vermişdir. Lakin, o, avtomobillə ötüşməmişdir. Səhfi avtomobili sürətlə idarə etməsi və forsaj etməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inispektoru Yusif İmranlı ilə birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin təminat hissəsinin sürücüsü Elvin Hüseynov efir vasitəsilə Zərdab şəhəri, Azərbaycan küçəsində Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobil ilə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillərin ötüşmələri barədə məlumat verməsi ilə əlaqədar dərhal həmin əraziyə getdikdə Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə üz-üzə gəlmişlər və həmin avtomobil yüksək sürətlə onların yanından keçmişdir. Dərhal dönüb onun arxasınca getmişlər və həmin avtomobil SMU-21 qəsəbəsinə dönərək gözdən itmişdir. Həmin avtomobili kənd yolunda saxladaraq izahatı alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində olarkən həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və barəsində Azərbaycan Republikası İXM-nin 511.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 izahatlarını və şahidin ifadəsini dinləyib, Zərdab rayon Polis Şöbəsinin DYPB-nin inispektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin DYPBnin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan Şəxs Zərdab rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə qardaşı ilə birlikdə idarə etdiyi Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə Zərdab şəhəri, Azərbaycan küçəsi ərazisində və Heydər Əliyev prospektində Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillə ötüşdüyünü etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan Zərdab şəhəri, SMU-21 qəsəbə ünvanında yaşayan Şahid tərəfindən Zərdab rayon Polis Şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:20 radələrində Toyota Prado markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobil ilə Volksvagen Touareq markalı, **-DZ-*** dövlət nömrə nüşanlı avtomobillərin yüksək sürətlə ötüşmələri zamanı Novruz bayramı münasibətilə küçədə oynayan azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratmişlar. İş materiallarında olan Şahid tərəfindən Məhkəmənin elektron poçt ünvanına ünvanlanmış məktubdan görünür ki, o, Zərdab rayon Polis Şöbəsinə verdiyi ərizəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, anasının xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.1-cü maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yungülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb Şəxs barəsində sürücülük hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-94/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-94/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver