Məhkəmə qərarları › İş №3(035)-96/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-96/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-96/2025 13.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Zərdab şəhəri, S.Abdullayev küçəsi ev 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Zərdab rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokola və ona əlavə edilmiş materiala 13 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs yaranmış borca görə 38.153 manat pul tutularaq iddiaçı X2 ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinəəsasən cavabdeh Şəxs tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Bundan başqa Zərdab Rayon Məhkəməsinin 2(035)-368/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs əsas borca görə 3933.32 manat, faizə görə 456.53 manat və ödənilmiş dövlət rüsumuna görə 63.90 manat, cəmi 4453.75 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbi icra etməmiş, icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Lakin, məhkəmə prosesinin gedişində borclu tərəfindən "xxxx" ASC-ə olan borcun xeyli hissəsi ödənilmiş və həmçinin borclu tələbkar X5 ilə hər ay hissə-hissə olmaqla 500 manat ödənişə razılaşmış və bu barədə məhkəmənin qüvvədə olan qərardadı vardır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan yaranmış borca görə 38.153 manat pul tutularaq iddiaçı X2 ödənilməsi və Zərdab Rayon Məhkəməsinin 2(035)-368/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən ondan əsas borca görə 3933.32 manat, faizə görə 456.53 manat və ödənilmiş dövlət rüsumuna görə 63.90 manat, cəmi 4453.75 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda icra sənədlərinin icrası onun tərəfindən icra edilir. Əməlindən peşmandır, ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs yaranmış borca görə 38.153 manat pul tutularaq iddiaçı X2 ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinəəsasən cavabdeh Şəxs tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-368/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs əsas borca görə 3933.32 manat, faizə görə 456.53 manat və ödənilmiş dövlət rüsumuna görə 63.90 manat, cəmi 4453.75 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan tələbkar X5 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, borclu Şəxs tərəfindən ona ümumi məbləğdən 4500 manat ödəmiş, qalıq qalmış borcunu isə hər ay hissə-hissə olmaqla 500 manat ödənilməsinə razı olduğunu bildirmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 8(035)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2024 saylı, xx.xx.2024cü il tarixli saylı icra vərəqəsinin icrası borclu Şəxs tərəfindən ümumi borc olaraq 38153 manat borcdan qalıq qalmış 33653 manat pul hər ay 500 manat tələbkar X2 ödənilməklə hissə-hissə icra edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqələrinin icrasını təmin edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-96/2025 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar