Məhkəmə qərarları › İş №3(036)-1017/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1017/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1017/2025 23.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6, Tələbkarın nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 6 ünvanında qeydiyyatda olan, deməsinə görə Bakı şəhərində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, tələbkar X2 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-427/2010 saylı, xx.xx.2010-cu il tarixli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 11320 manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X10 izahat verərək göstərdi ki, borclu Məmmədov X7 Rayon Məhkəməsinin 2(041)-427/2010 saylı, xx.xx.2010-cu il tarixli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2014 saylı, xx.xx.2014-cü il tarixli , Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1162/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədlərini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etməmiş və üzərinə düşən vəzifəsini icra etməmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İcra məmuru məhkəmə iclasında tələbkarın nümayəndəsi tərəfindən barışıq ərizəsi verilməsi, tərəflər arasında akt tərtib olunması nəzərə alınmaqla qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhərində restoranların birində işləyir, restoran ərazisndə onun üçün ayrılmış yerdə yaşayır. Aliment borcunun ödənilməməsində səbəb gəlirinin aşağı olmasıdır. Onun tərəfindən müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Lakin maddi imkanı zəif olduğundan borcunu tam olaraq ödəyə bilməmişdir. Bir müddət anası şəkər xəstəsi olduğundan və anasına özü baxdığından tələbkar ondan aliment borcunu tələb etməmişdir. Anası öldükdən sonra ödənişləri tələb etməyə başlamışdır. Tərəfindən xx.xx.2025-ci il tarixdə 60 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X3 izahatında bildirdi ki, borclu Məmmədov X7 Rayon Məhkəməsinin icra sənədlərini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Tələbkar borclu şəxsin tutulmasını istəmir, vaxtı vaxtında aliment borcunun ödənilməsini istəyir. Tələbkarın nümayəndəsi bildirdi ki, tərtib olunmuş akt üzrə borclu müntəzəm ödənişlər edəcəyini bildirmişdir, bu səbəbdən məhkəməyə ərizə təqdim edərək borclu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-427/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir; Kürdəmir Rayon Məhkəməsinin 08 yanvar 2014-cü il tarixli, 2(041)-34/2014 saylı qətnaməsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 2(041)-427/2010 saylı, xx.xx.2010cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(041)-162/2024 saylı qətnaməsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 2(041)-427/2010 saylı, xx.xx.2010cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 1(036)-82/2014 saylı xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qazancından 15 % dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli, 2(041)-427/2010 saylı, Kürdəmir Rayon Məhkəməsinin 08 yanvar 2014-cü il tarixli, 2(041)-34/2014 saylı və Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(041)-162/2024 saylı icra sənədi icra olunması üçün İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir; xx.xx.2011-ci il, xx.xx.2015-ci il və xx.xx.2024-cü il tarixli bildirişləri Kürdəmir Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli, 2(041)-427/2010 saylı, Kürdəmir Rayon Məhkəməsinin 08 yanvar 2014-cü il tarixli, 2(041)-34/2014 saylı və Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(041)-162/2024 saylı icra sənədlərinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir; Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatına alınmalı daşınar əmlakı yoxdur; İşdə olan "xxxx" MMC-nin qəbzindən görünür ki, tələbkar X2 hesabına xx.xx.2025-ci il tarixdə 60 manat, “BirBank” vasitəsilə xx.xx.2025-ci il tarixdə 120 manat, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qəbzi ilə 1000 manat məbləğində pul köçürülmüşdür; İşdə olan İmişli rayon icra probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X10, borclu Şəxs və tələbkarın nümayəndəsi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli, 2(041)-427/2010 saylı, Kürdəmir Rayon Məhkəməsinin 08 yanvar 2014-cü il tarixli, 2(041)-34/2014 saylı və Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(041)-162/2024 saylı icra sənədi üzrə yaranmış borcun ödənilməsi üçün borclu Şəxs hər ay 100 manat və hər ay təyin olunmuş 120 manat məbləğində alimenti, ümumilikdə 220 manat pulu ödəyəcəyini öhdəsində götürmüşdür. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında tələbkarın nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə barışdıqlarını bildirmiş, borclunun barəsində inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir.(vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli, 2(041)-427/2010 saylı, Kürdəmir Rayon Məhkəməsinin 08 yanvar 2014-cü il tarixli, 2(041)-34/2014 saylı və Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(041)-162/2024 saylı tarixli icra sənədləri üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Şəxs tərəfindən icra sənədi üzrə olan borcundan X2 xeyrinə borcundan yuxarıda qeyd edilən məbləğlərdə ödənişlər edilmiş və qalan hissəsi də hər ay 220 manat məbləğində ödəniləcəkdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi qismən təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 15, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar