Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1021/2025 04.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-qanuni təmsilçisi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli RPŞ DYPB tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 11 dekabr 2024-cü il tarixli İXP6740449 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, İmişli Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş İmişli Rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-qanuni təmsilçisi X3 izahatında bildirdi ki, həmin MMC artıq fəaliyyət göstərmir, MMC-nin hüquqi ünvanı İmişli şəhəri, Telestudiya küçəsi, ev 38-dir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 11 dekabr 2024-cü il tarixli İXP6740449 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına sorğu göndərilmiş, tələb olunan məlumatlarla bağlı sorğuya cavab verilməmişdir. İş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət reyestri barədə çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ3000, İMİŞLİ RAYONU, İMİŞLİ ŞƏHƏRİ, TELESTUDİYASİ, ev.38-dir İş materiallarında olan “X1 və Konyak Zavodu”-na göndərilmiş sorğudan görünür ki, həmin sorğu İmişli şəhəri, Xiyabani küçəsi, ev 01-ə göndərilmişdir. Məhkəmə həmin poçt zərfinin “X1 və Konyak Zavodu”-na çatdırılmasını təsdiq edən xəbrənaməli poçt qəbzinin iş materiallarında mövcudluğunu sorğunun çatdırılmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, sorğunun məhz Şəxs MMC-nin nümayəndəsi tərəfindən onun hüquqi ünvanında alınmaması məsuliyyətin yaranmasını istisna edir. Digər bir tərəfdən protokol Şəxs MMC barəsində tərtib olunsa da, iş materiallarında İmişli RPŞ DYPB tərəfindən sorğunun, məktubların “X1 və Konyak Zavodu”-na göndərildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi həmin MMC ilə bir ərazidə yerləşdiklərini, hazırda MMC-lər arasında heç bir bağlılıq olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, bu xüsusat da Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsaslılığını müəyyən etmək üçün araşdırımalı məsələlərdən olmuş, İmişli RPŞ tərəfindən təqdim edilmiş materialda isə bu halla bağlı hər hansı əsaslandırma təqdim olunmamışdır.(MMC-nin hüquq varisliyi, təşkilati hüquqi formasının, adının dəyişməsi ilə bağlı məlumatlar). Beləliklə müəyyən edilmişdir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol Şəxs MMC barəsində tərtib olunsa da, sorğu məktubu “X1 və Konyak Zavodu” MMC-yə göndərilmiş və məktubda MMC-nin ünvanı kimi “İmişli şəhəri, Xiyabani küçəsi, ev 01” göstərilmiş, həmin ünvanda məktub qəbul edilmişdir. Lakin, iş materiallarına əsasən isə barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs Şəxs MMC olmuş, onun ünvanı isə AZ3000, İMİŞLİ RAYONU, İMİŞLİ ŞƏHƏRİ, TELESTUDİYASİ, ev.38 müəyyən edilir. İmişli Rayon Polis Şöbəsi tərəfindən sorğunun göndərildiyi “İmişli şəhəri, Xiyabani küçəsi, ev 01” ünvanının Şəxs MMC-yə aidiyyəti iş üzrə hər hansı sənədlə təsdiq edilmir. Kommersiya hüquqi şəxslərin dövlət reyestri barədə çıxarışda Şəxs MMC-nin ünvanının yalnız AZ3000, İMİŞLİ RAYONU, İMİŞLİ ŞƏHƏRİ, TELESTUDİYASİ, ev.38 olması müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, sorğunun göndərildiyi hüquqi şəxsin və ünvanın Şəxs MMCyə hər hansı aidiyyətinin olması öz təsdiqini tapmadığı üçün, həmin MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməmiş hesab edilməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsaba Ağayeva
Məhkəmə qərarları › İş №3(036)-1021/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1021/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver