Məhkəmə qərarları › İş №3(036)-1034/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1034/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1034/2023 10.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və icra məmuru X2 iştirakı ilə, xx.xx.1991-ci ildə İmişli rayon Qaraqaşlı kəndində anadan olmuş, AR vətəndaşı, subay, İmişli şəhəri, H.Əliyev prospekti ev 154/3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İХМ-nın 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar "xxxx" MMC-nin xeyrinə məhkum edilmiş şəxslər, Şəxs, X3, X7, X4, X5, X6 və X1 müştərək qaydada 48.576 (qırx səkkiz min beş yüz yetmiş altı) manat məbləində pul ödənməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)246/2022 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü AR İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar "xxxx" MMC-nin xeyrinə 48.576 (qırx səkkiz min beş yüz yetmiş altı) manat ödəməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)246/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, iş yeri, qazancı və heç bir əmlakı olmadığından borcunu birdəfəlik ödəmək imkanı olmamışdır. Hazırda icarə əsasında əldə etdiyi avtomobillə fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və əldə etdiyi gündəlik qazancla ailəsini dolandırır. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)246/2022 saylı icra sənədi üzrə tələbin ayda 20-30 manat hesabı ilə hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar