Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1048/2023 18.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11-00 radələrində X2 və X1 yaşadığı İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən evinə gedərək sərxoş vəziyyətdə onları söyüb təhqir etmişdir. Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X4 ilə 2006-cı ildə evlənmiş, nikahlarından 3 övladı dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11-00 radələrində spirtli içkinin təsiri nəticəsində G.Mamedova ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı o qaynatası X1 yaşadığı evə gedərək onu təhqir etmiş və ev əşyalarını dağıtmışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir. İş üzrə zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, X4 2006-cı ildə Şəxs ilə evlənmiş və həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. Şəxs işləməməsi və tüfeyli həyat tərzi keçirməsi səbəbindən ailəsi ilə tez-tez münaqişələr baş vermiş, boşanma ilə bağlı mediasiya prosesi başlanmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11-00 radələrində sərxoş vəziyyətdə onun evinə gələrək əlindəki bıçaqla ailə üzvlərini hədələmiş, ev əşyalarını dağıtmış, onun və ailə üzvlərinin ünvanına nəlayiq söyüşlər söymüşdür. Şəxs hərəkətləri onu nüfuzdan saldığına görə barəsində tədbir görülməsi üçün şikayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və zərərçəkmiş şəxs dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qrarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on ) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-1048/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1048/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver