Məhkəmə qərarları › İş №3(036)-1049/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1049/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1049/2024 09.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə İmişli rayonu, Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə 2100 (iki min yüz) manat məbləğində pulun və 45 (qırx beş) manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-970/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda 1495 (bir min dörd yüz doxsan beş) manat borcu qalmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Ağayev X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-970/2022 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda 1495 (bir min dörd yüz doxsan beş) manat borcu qalmaqdadır. Hazırda tələbkarla razılıq əldə edilməmiş və tələbkar şikayətçidir. X2 izahat verərək göstərdi ki, borclu Ağayev X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-970/2022 saylı icra sənədini icra etmir. Borclu oğlduğu şirkətlər ondan borcunu tələb edir. Buna görə Şəxs icra məmuru tərəfindən məhkəməyə gəldikdən sonra borcundan 150 (bir yüz əlli) manat ödəniş etmişdir. Məhkəmə iclasında borclu ilə razılığa gəlmişdir ki, qalan borcu hər ay 50 (əlli) manat ödəsin. Borclu verdiyi əməli yerinə yetirməmişdir. Ona görə də borcun tam şəkildə ödənilməsinə köməklik edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə 2100 (iki min yüz) manat məbləğində pulun və 45 (qırx beş) manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-970/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, həyat yoldaşının ağır xəstə olmasını, o, işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Bundan sonra o, icra məmuru tərəfindən məhkəməyə gələrkən borcundan 150 (bir yüz əlli) manat ödəniş etmiş lakin məhkəmə iclasında tələbkarla razılığa gəlmişdir ki, qalan borcu hər ay 50 (əlli) manat ödəsin. Borcundan ümumilikdə 650 (iki yüz) manat ödəniş etmişdir. Eyni zamanda bildirdi ki, onun əlilliyi və əmək fəaliyyət qabiliyyətinin olmaması barədə heç bir sənədi yoxdur. Sadəcə iş olanda borcundan hər ay 50 (əlli) manat ödəniş edir. Hazırda işləmədiyi üçün borcundan ödəniş edə bilmir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-970/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, 119 nömrəli alqı-satqı müqaviləsi üzrə 2100 manat borc və 45 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2145 (iki min yüz qırx beş) manat məbləğində pul alınıb X5 xeyrinə ödənilməsi qət edilmişdir; İşdə olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-970/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-970/2022 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə verilmişdir; İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin hesabatından görünür ki, Şəxs AZ59AİİB410100D**********167 nömrəli hesaba hər ay 50 (əlli) manat ödəniş etmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaitinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən saat 12:45dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar