Məhkəmə qərarları › İş №3(036)-106/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-106/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-106/2022 02.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, şikayət vermiş şəxs X10, İmişli RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X7 və X13 protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X3 iştirakları ilə, İmişli RPŞ-nin DYPB-nin rəisi X1 29 sentyabr 2021-ci i tarixli, MN 03214353 saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə baxaraq, Müəyyən etdi: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli RPŞ-nin DYPB-nin rəisi X1 29 sentyabr 2021-ci i tarixli, MN 03214353 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayət ərizəsini müdafiə edərək izahatında göstərdi ki, İmişli RPŞ-nin DYPB-nin TP-4467942 saylı 04 iyul 2021-ci il tarixli “X13” qərarı İmişli rayon məhkəməsinin 11.08.2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və prosedur qaydalarında ciddi pozuntulara yol verildiyinə görə işin yenidən ətraflı araşdırılması üçün İmişli rayon PŞ DYPB-nə qaytarılmışdır. 11.08.2021-ci il tarixdən 21.01.2022-ci il tarixə kimi ona araşdırılmanın nəticəsi barədə məlumat verilməmişdir. 21.01.2022-ci il tarixdə İmişli PŞnin DYPB-nin rəisi polis mayoru E.İmamyarova müraciət etmiş, lakin sonuncu araşdırma haqqında məlumat verməkdən və araşdırma ilə bağlı materialların sürətinin, “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədə qalması barədə sənədin sürətinin ona verilməsindən imtina etmişdir. Odur ki, “İnzibati tənbeh vermə haqqında’ qərarın verilməsində qanunsuz yolla əldə edilmiş sənədlərdən istifadə edilməsini (İXM 53.2, tibbi müayinədən imtina aktı, alkotester müayinəsinin nəticəsi), İXM-nin 61.1.1, 61.3, 69.2, 69.3, 69.4, 92.6, 94.3, 94.6, 94.7, 96.2, 96.3, 96.5, və 101.1 maddələrinin tələblərinin ciddi pozulduğunu, protokolda hadisə vaxtının dəyişdirildiyini, hadisə yerinin göstərilmədiyini, hadisə ilə bağlı işin digər materiallarının “İnzibati tənbəh vermə haqqında” qərarda göstərilmədiyini, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında müayinə kim tərəfindən və nə vaxt göndərildiyinin göstərilməməsini nəzərə alaraq “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X13 protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X5 izahatında göstərdi ki, X10 11 iyun 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində idarə etdiyi “KİA SORENTO” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən 1 saylı tam orta məktəbin qarşısında ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün ona saxla əmri verilmiş, lakin o, saxla əmri verilmişdir. Sürücünün alkotester cihazı vasitəsilə yerində müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edir. X4 alkotester müayinəsinin nəticələri ilə razılaşmadığı üçün tibbi müayinədən keçməsi tələb edilmiş, lakin sonuncu tibbi müayinədən keçməkdən imtina etmişdir. Ona görə də tərəfindən onun barəsində İXM-nin 327.1 və 343.1-ci maddələri ilə X13 İXP ******* saylı protokol tərtib olunmuş və İmişli RPŞ-nin DYPB-nin rəisi X1 04 iyul 2021-ci i tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. X10 həmin qərardan məhkəməyə şikayət vermiş və həmin qərar məhkəmənin 11 avqust 2021ci il tarixli qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün İmişli RPŞ-nin DYPB-nə göndərilmişdir. X13 işə yenidən baxılaraq İmişli RPŞ-nin DYPB-nin rəisi X1 29 sentyabr 2021-ci i tarixli, MN 03214353 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, İmişli RPŞ-nin DYPB-nin rəisi X1 29 sentyabr 2021-ci i tarixli, MN 03214353 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İmişli RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X7 işin hallarına dair X5 ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İşdən görünür ki, İmişli RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X5 tərəfindən 12 iyun 2021-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələri ilə İXP ******* saylı X13 protokol olunmuşdur ona görə ki, X10 yol hərəkət nişanlarının tələblərinə riayət etməmiş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Bu səbəblə X2 RPŞ-nin DYPB-nin rəisi X1 04 iyul 2021-ci i tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və İmişli rayon Məhkəməsini 11 avqust 2021-ci il tarixli, 3(036)-349/2021 saylı qərarı ilə şikayət qismən təmin edilərək İmişli RPŞ-nin DYPB-nin rəisi X1 04 iyul 2021-ci i tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılmaq üçün İmişli RPŞ-nin DYPB-nə göndərilmişdir. X13 işə yenidən baxılaraq İmişli RPŞ-nin DYPB-nin rəisi X1 29 sentyabr 2021-ci i tarixli, MN 03214353 saylı inzibati tənbeh vermə haqqında qərarı X10 yenidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. İşdə olan 12 iyun 2021-ci il tarixli sərxoşluq vəziyyətinin müayinəsinə dair 00751 saylı ptokolun surətindən görünür ki, X10 alkoqolun konsentrasiyasının 1.664 promilli miqdarında spirtli içki qəbul etmişdir. İşdə olan 12 iyun 2021-ci il tarixli, 01 nömrəli şərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, X4 şərxoşluq vəziyyətinin tibbi müayinəsindən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X10 12 iyun 2021-ci il tarixdə nəqliyyat vasitəsini spirtli içki qəbul etməklə idarə etmiş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş şikayət əsassızdır, İmişli RPŞ-nin DYPB-nin rəisi X1 29 sentyabr 2021-ci i tarixli, MN 03214353 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olmaqla onun ləğvinə hər hansı əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 53, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. İmişli RPŞ-nin DYPB-nin rəisi X1 29 sentyabr 2021-ci il tarixli, MN 03214353 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar