Məhkəmə qərarları › İş №3(036)-1083/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1083/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1083/2025 11.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi Rafiq Məhəddinovun iştirakı ilə, xx.xx.1949-cu il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədri vəzifəsində işləyən, İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol ondan ötrü tərtib edilmişdir ki, o, İmişli rayonu keçmiş Qaragüvəndikli bələdiyyəsinin sabiq sədri kimi mütləq təqdim edilməli olan xx.xx.2024-cü il tarixli, 09 saylı iclas protokolunu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana üç iş günü ərzində göndərməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi Rafiq Məhəddinov protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 17 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Belə ki, bələdiyyələr hər ay fəaliyyəti ilə bağlı iclas keçirməli və həmin iclasın protoklunu inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Lakin, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sabiq sədri Şəxs xx.xx.2024-cü il tarixli 09 saylı iclas protokolunu sistemə yerləşdirməmişdir. Belə ki, onlar tərəfindən hərracların elanı ilə bağlı sayt müntəzəm müşahidə olunur. Müşahidə nəticəsində bələdiyyənin müvafiq qərarında qeyd olunan torpaq sahəsinin hərracı ilə bağlı məlumatlar aşkarlanmış, bundan sonra bələdiyyəyə müraciət olunaraq həmin qərarın dərhal təqdim olunması tələb olunmuş, 17 iyun 2025-ci il tarixdə qərar elektron qaydada təqdim olunan kimi eyni tarixli protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Bələdiyyənin sabiq sədri 2025-ci il yanvar ayında müvafiq bələdiyyə seçkilərindən sonra işdən çıxmış, onu yeni sədr əvəz etmişdir. Nümayəndə Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixli sms bildirişdən və telefonoqramdan görünür ki, Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak edəcəyini bildirsə də üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan: İmişli Regional Ədliyyə İdarəsi tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədri Şəxs bələdiyyənin mütləq təqdim edilməli olan xx.xx.2024-cü il tarixli, 09 saylı iclas protokolunu inzibati nəzarəti həyata keçirən orqana üç iş günü ərzindı göndərmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 09 saylı iclas protokolundan görünür ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətində hərrac predimeti olan örüş torpaq sahəsindən 20.855 ha torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi üçün torpaq hərracının keçirilməsi ilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdığı nəzərə alınmış, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətində hərrac predmeti olan 20.855 ha örüş torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 15 il müddətinə icarəyə verilməsi üçün torpaq hərracı keçirilməsi qərara alınmış, hərracda icarəyə veriləcək torpağın qiyməti hər hektarı 150.00 (yüz əlli) manat olmaqla cəmi 3128.25 (üç min yüz iyirmi səkkiz manat iyirmi beş) manat müəyyən edilmiş, müsabiqənin keçirilməsi barədə İmişli rayonu Qaragüvəndikli bələdiyyəsi ilə Azərbaycan Respublikası ƏMDX-nin yanında X1 X2 Beyləqan torpaq, müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanmış, bu qərarın icrasına nəzarət İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədrinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Portalından çıxarışdan görünür ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli iclas protokolu xx.xx.2025-ci il tarixdə sistemə yerləşdirilmişdir. İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2025-ci il tarixli dərkənar qoyulmuş müşayiət məktubundan görünür ki, bələdiyyənin müvafiq qərarı İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir. İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin həmin qərarının üzərində olan daxil olma ştampı ilə müəyyən olunur ki, qərar Regional İdarəyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. 27 dekabr 2024-cü il tarixli 115-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 18 fevral 2025-ci il, № 36) ilə 549.2-ci maddənin dispozisiyası yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətanın törədildiyi zaman qüvvədə olmuş 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun inzibati xətanın törədildiyi zaman qüvvədə olmuş 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; Qanunvericiliyin istinad olunan tələblərindən görünür ki, Qaragüvəndikli bələdiyyəsinin sədri xx.xx.2024-cü il tarixli 09 saylı iclas protokolunun 1 saylı qərarını xx.xx.2024-cü il tarixli qərar qəbul olunduqdan sonra 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməli olmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan qərar göndərilməmiş, 29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində həmin bələdiyyə sədrini yeni bələdiyyə sədri əvəz etmiş, bələdiyyəyə edilmiş müraciətdən sonra qərar yalnız 2025-cil 17 iyun tarixdə idarəyə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar