Məhkəmə qərarları › İş №3(036)-1085/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1085/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1085/2025 10.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi X2, X1 İmişli Rayon Polis şöbəsinin baş leytenantının 03 may 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və buraxılmış müddətin bərpası barədə ərizəyə İmişli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 03 may 2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, onun barəsində 03 may 2025-ci il tarixli TP ******* saylı cərimə qərarı tərtib edilib və o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o həmin qərarla razı deyildir. O, 03 may 2025-ci il tarixdə saat 11:24 radələridnə idarə etdiyi VAZ 21074 markalı **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri M.Əzizbəyov küçəsində hərəkət edirmiş. Həmin vaxt İmişli rayon YPX-nin əməkdaşları onu saxlamış və ona yol ayrıcının keçmə qaydalarının pozulmasını irad bildirərək heç bir sübut təqdim etmədən barəsində əsassız protokol tərtib etmişlər. Dəfərlərlə qayda pozulması barədə görüntünü tələb etsə də, həmin görüntünü ona təqdim etməmişlər. Həmin qərarın surəti ona xx.xx.2025-ci il tarixdə təqdim edilib. Ona görə də, onun barəsində 03 may 2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatətində göstərmişdir ki, İmişli Rayon Polis şöbəsinin baş leytenantının 03 may 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə edilmişdir. Qərar ona verildiyi vaxt səhhətində yaranmış problemlə əlaqədar olaraq şikayəti vaxtında verə bilməmişdir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında 03 may 2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, İmişli Rayon Polis şöbəsinin baş leytenantının 03 may 2025-ci il tarixli TP ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, şikayət müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin, şikayət müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 İmişli Rayon Polis şöbəsinin baş leytenantının 03 may 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar