Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-109/2022 28.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, şikayət vermiş şəxs X17 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X6 10 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X17 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X6 10 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə olunmuşdur. X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X17 şikayətində göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətini müddafiə etdi və göstərdi ki, 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin İmişli regional ərazi şöbəsinin rəisi X11 tərəfindən 10 Fevral 2022-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qərar qəbul edilərək 1200 manat cərimə edilmişdir. Qərarda göstərilir ki, o, X5 İmişli MRX-da təsərrüfat qardaşı kimi işlədiyi halda, onu xəstəxananın mühafizə bölməsində mühafizəçi kimi işləməyə məcbur etmiş, yəni işçinin əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməklə, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və şərtlərdən məhrum ediləcəyi hədə-qorxusu ilə onu əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmişdir. İcbari Dövlət Sığorta Agentliyinin 21 yanvar 2021-ci il 03 saylı qərarına əsasən Səhiyyə xidməti İcbari Tibbi Sığortaya keçidi ilə əlaqədar olaraq kənd xəstəxanaları ləğv olunaraq, tibb məntəqələri statusuna keçmişdir. İmişli MRX-da da Səhiyyənin təşkili şöbəsi yaradılmışdır. Kənd xəstəxanalarında qalan işçilər Mərkəzi rayon Xəstəxanasında Səhiyyənin təşkili şöbəsinə yerləşdirilmiş və əmək haqları tam şəkildə ödənilməyə davam etmişdir. O cümlədən, Sarxanlı kənd xəstəxanasında işləyən X8 da ştat cədvəli üzrə İmişli RMX-nın təsərrüfat qardaşı kimi ştat cədvəlinə dayanmış və əmək haqqı almışdır. 05.01.2022-ci il tarixdə X8 xəstəxanaya gəlmiş və təsərrüfat qardaşı kimi işləmək istəmədiyini ona şifahi olaraq bildirmiş, o da sonuncuya əgər istəsə onu mühafizə xidmətinə keçirə biləcəyini bildirmişdir. 07.01.2022-ci il tarixdən isə X8 heç kimə məlumat vermədən işə gəlməmişdir. Bundan sonra X1 xəstəxanasına işə qaytarılmasında ona köməklik olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin İmişli regional ərazi şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin İmişli regional ərazi şöbəsi isə heç bir araşdırma aparmadan 10 fevral 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsi Azərbaycan Respublikası İXM-nin 193-cü maddəsi ilə təqsirli bilərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə etmişdir. Halbuki, o, X5 başqa iş təklif etsə də onu əmək funksiyasından kənar hər hansı işi (xidməti) yerinə yetirməyə məcbur etməmiş və onu hədələməmişdir. Ona görə hesab edir ki, əmək müfəttişliyinin qərarı qanunsuz və əsassızdır. Odur ki, həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X13 izahatında şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X6 10 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru X17 Azərbaycan Respublikası İXMnin 193-cü maddəsi ilə təqsirli bilərək 1200 manat məbləğində cərimə etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru X17 barəsində tərtib olunmuşdur ona görə ki, "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin təsərrüfat qardaşı vəzifəsində işləyən X8 onun razılığı olmadan mühafizəçi işinin yerinə yetirilməsinə cəlb edilmişdir. "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin Mühafizə bölməsinin müdiri vəzifəsində işləyən X12 işə əlavə edilmiş yazılı izahatında qeyd etmişdir ki, o, 2021-ci il dekabr ayından İmişli RMX-da Mühafizə bölməsinin müdiri işləyir. 2021-ci ildən İcbari Tibbi sığorta Üzrə dövlət Agentliyinə keçidlə bağlı Sarxanlı kənd xəstəxanası ləgv edilərək həkim məntəqəsi yaradılmışdır. Bu səbəbdən işçilərin işsiz qalmamaları üçün onların əmək müqavilələrində müvafiq dəyişikliklər olunmaqla İmişli RMX-nın PHŞ-də yeni yaradılmış X9 mühafizə işçisi kimi işləməsi rəhbərlik tərəfindən təklif olunmuşdur. Belə ki, 2022-ci ilin yanvar ayının əvvəllərində təsərrüfat qardaşı kimi işləyən X8 direktor tərəfindən çağırılaraq onların yanında ona mühafizəçi kimi işləməyi, bir iki gün sınaq üçün mühafizəçi kimi işə çıxmağı və əgər xoşuna gələrsə mühafizəçi işləməyi təklif edilmiş, Mübariz də razılaşaraq xəstəxanaya gəlib xəstəxananın giriş qapısında mühafizəçi kimi işləyən Qafqazla görüşüb işlə bağlı məlumat aldıqdan sonra çıxıb getmiş və işləməmişdir. "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin Mühafizə bölməsində mühafizəçi vəzifəsində işləyən X14 işə əlavə edilmiş yazılı izahatında qeyd etmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəllərində xidmətdə olduğu zaman təsərrüfat qardaşı işləyən X8 onun yanına gələrək xəstəxananın direktoru tərəfindən mühafizəçi kimi işləməyi təklif edildiyini bildirmiş və bir az onunla söhbətləşərək iş rejimi ilə bağlı məlumat aldıqdan sonra çıxıb getmişdir. Həmin vaxtdan sonra Mübarizi görməmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru tərəfindən təsərrüfat qardaşı işləyən X5 əmək müqaviləsində dəyişikliklər edilməsi və mühafizəçi kimi işləməsi təklif edilmiş, lakin X8 həmin vəzifədə işləməmiş və buna məcbur edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdən göründüyü kimi "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru X17 barəsində inzibati tənbeh tətbiq olunarkən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar araşdırılmamış, yəni X4 həqiqətən də işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur edilməsi, xüsusilə də əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyəcəyi halda əmək müqaviləsinə xitam veriləcəyi və ya müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi barədə hədələnməsi və onun əmək funksiyasına daxil olmayan xidməti yerinə yetirib-yetirməməsi müəyyən edilməmiş, bu barədə sübutlar toplanmamış və X4 şikayət ərizəsində göstərdiyi xüsusatlara əsaslanaraq "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru X17 barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X13 hakimin verdiyi suala cavab olaraq bildirmişdir ki, "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru X17 şöbəyə ünvanlandığı məktubda X5 mühafizəçi kimi işləməyi təklif etdiyini qeyd etmişdir. Lakin məhkəmə qeyd edir ki, X5 əmək müqaviləsinə dəyişiklik edilməklə hər hansı bir başqa işi yerinə yetirməsinin təklif olunması onun həmin işi (xidməti) yerinə yetirməyə məcbur edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsində qeyd olunur ki, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin məzmunundan da açıq şəkildə görünür ki, əgər işçiyə əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu edilməmişdirsə və ya həmin yerinə yetirməyə məcbur edilməmişdirsə inzibati xəta tərkibi yaranmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin bütün hallarının məcmusu hərtərəfli, tam və obyektiv surətdə araşdırılmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X6 10 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilməli və yenidən baxılmaq üçün həmin orqana göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsinin rəisi X6 10 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İmişli regional ərazi şöbəsi tərəfindən işə yenidən baxılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-109/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-109/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver