Məhkəmə qərarları › İş №3(036)-11/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-11/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-11/2022 01.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ 01 fevral 2022-ci il tarixdə İmişli şəhərində İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və barəsində inzibati tənbeh tətbiq etmə qərar qəbul edilmiş Sariyev Hüsaməddin Yunsur oğlunun iştirakı ilə, AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 18 may 2021-ci il tarixli MN ******* nömrəli lı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında bахараг M Ü Ə Y YƏ N ETDİ: AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 18 may 2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə Sariyev Hüsaməddin Yunsur oğlu 19 aprel 2021-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi , Y.Əliyev küç. 49 A –da MİHO rəyi olmadan 1 ədəd tuya ağacını götürməklə Azərbaycan Respublikası İXM-nin 253.1.2.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyinə görə 1000,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə verib qərarın ləğv edilməsini xahiş etmişdir. Sariyev Hüsaməddin Yunsur oğlu izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəs. Yavər Əliyev küç. “Akkord” y/m, bina 7, ev 167 –da yaşayır və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yaxınlıqdakı ərazidə yerləşən çayxananı işlədir. İnsanların daha da səmərəli istirahətini təşkil etməkdən ötrü obyektin ətrafında indiyədək 70 ədəd xan çinar və şam ağacları əkərək onlara qulluq göstərmiş və ərazinin yaşıllaşması istiqamətində səylərini əsirgəməmişdir. 2021-ci ilin aprel ayında Bakı şəhərində əsən güclü külək təsirindən Bakıxanov qəsəbəsindki bəzi evlərin dam örtüyü sökülmüş, o cümlədən ərazidəki uşaq idmanı mydançasının dam örtüyü və çərçivələri qopub tökülmüş və kökü üzdə olan küknar ağacıarının bir neçəsi aşmışdır. 19 aprel 2021-ci il tarixdə yıxılmış ağaclardan birini qaldırıb yerində bağlamaq istərkən Anar adında jurnalist tərəfindən telefonla çəkilərək AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilmiş və idarənin əməkdaşları gələrək real vəziyyəti öyrəndikdən sonra çıxıb getmişlər. AR ETSN 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində barəsində aparılan inzibati araşdırmadan və 1000,0 manat cərimə olunması barədə 18 may 2021-ci il tarixli MN ******* nömrəli qərardan xəbərsiz olmuşdur. Bu barədə ona Sabuncu rayon İcra və Probasiya şöbəsindən bildirildikdən sonra qərarın surətini alıb şikayət etmişdir. Ona görə də, AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 18 may 2021-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iş üzrə 19.01.2022-ci il tarixə, saat 16-00-a və 01.02.2022-ci il tarixə, saat 16-00-a təyin olunmuş məhkəmə iclaslarında təmsil olunmamış və hər dəfə tələb olunmasına baxmayara inzibati xəta haqqında iş üzrə icraat materiallarını təqdim etməmişdir. Məhkəmə barəsində qərar qəbul edilmiş şəxsi dinləyib işin materiallarını tədqiq edərək aşağıda göstərilənlərə görə hesab edir ki, şikayət təmin edilməlidir. AR İXM-nin 253-1.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75.0. 2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. İşdə olan «inzibati tənbeh tətbiq etmə haqqında» 18 may 2021-ci il tarixli MN nömrəli qərarın surətindən görünür ki, Sariyev Hüsaməddin Yunsur oğlu tərəfindən 19 aprel 2021-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi , Y.Əliyev küç. 49 A –da MİHO-nın rəyi olmadan 1 ədəd tuya ağacının götürülməsi faktı üzrə heç bir hal müəyyən edilməmiş və həmin hallar qeyd olunmamışdır.. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, inzibati icraat aparan səlahiyyətli orqan törədilmiş inzibati xətaya aid edilən mötəbər sübutlar əldə etməklə inzibati xətanın olub olmadığını, inzibati xəta törətmiş konkret vəzifəli şəxsi (fiziki şəxsin fərdi sahibkar statusunu) və xətanı törətmiş vəzifəli şəxsin təqsirini müəyyən etmədiyi halda fiziki şəxs Sariyev Hüsaməddin Yunsur oğlunu AR İXM-də nəzərdə tutulmayan maddə (253.1.2.1) ilə təqsirli bilərək vəzifəli şəxs qismində inzibati qaydada tənbeh etmişdir. Ona görə də, AR ETSN 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 18 may 2021-ci il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şikayət təmin olunsun. Sariyev Hüsaməddin Yunsur oğlunun 1000,0 manat cərimə edilməsinə dair AR ETSN 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 18 may 2021-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. Qərardan 10 ( on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar