Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1101/2024 25.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X11 publik hüquqi şəxs X8 İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İmişli regional ərazi şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İmişli regional ərazi şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İmişli regional ərazi şöbəsinin rəisi X6 tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən barəsində vəzifəli şəxs qismində 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli 001/F saylı əmri ilə “X11 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X2 tutduğu vəzifə üzrə ştat vahidi 15 avqust 2024-cü il tarixdən ixtisara düşmüş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə V.Hüseynovla bağlanmış əmək müqaviləsinin müraciət etdiyi gündə də ləğv ediləcəyi barədə rəsmi məlumat verilmişdir. Beləliklə, 16 sentyabr 2024-cü il tarixli 167/1 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq X2 38 il əmək stajı olması nəzərə alınıb ona orta aylıq əmək haqqının 2 misli miqdarında 31 təqvim gününə düşən hissəsi birdəfəyə ödənilməsi əmrləşdirilmiş və X7 ilə 05 may 1986-cı ildə bağlanılmış əmək müqaviləsinə 16 sentyabr 2024-cü il tarixdə xitam verilmişdir. Həmin vaxt V.Hüseynov yuxarıda qeyd etdiyi əmrdən narazı olmamış və bu günə kimi də əmrdən məhkəməyə şikayət verməmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İmişli regional ərazi şöbəsinin rəisi X6 tərəfində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən barəsində vəzifəli şəxs qismində 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul edilmiş qərar əsassızdır. O, işə götürən olaraq 16 sentyabr 2024-cü il tarixli 167/1 nömrəli əmri qəbul edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X11 publik hüquqi şəxs X8 İdarəsinin nümayəndəsi X10 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayəti təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, V.Hüseynovun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. 9 təqvim həftəsi gözlənilmədən işçinin razılığı olmadan onunla son haqq–hesab aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mil-Muğan regional şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçısının izahatına və toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 İstismarı İdarəsinin işçisi X2 əmək müqaviləsinə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbi pozularaq xitam verilmişdir, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X11 publik hüquqi şəxs X8 İdarəsinin X4 ünvanladığı 511 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X11 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X11 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilirsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsi müraciət etdiyiniz gündən ləğv edilə bilər. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X11 publik hüquqi şəxs X8 İdarəsinin nümayəndəsi X5 etirafı ilə müəyyən olunmuşdur ki, V.Hüseynov ilə əmək müqaviləsinə onun razılığı olmadan doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında əməkhaqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin dispozisiyasında göstərilən xüsusatlar X1 əməlində öz əksini tapmışdır. Belə ki, işçi X7 ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi Vaqif Hüseynova təqdim edilmiş, Əmək Məcəlləsinin tələbləri pozularaq 9 həftəlik müddət gözlənilmədən və işçinin razılığı olmadan onunla haqq-hesab aparılaraq xx.xx.2024-cü il tarixində əmək münasibətlərinə xitam verilməsi barədə əmr verilmişdir. Bununla da X3 tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulmasına səbəb olmuş, X9 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən X3 barəsində düzgün olaraq Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə, yəni “işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozularaq xitam verilməsi”nə görə protokol tərtib edilmiş və onun əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mil-Muğan regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1101/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1101/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver