Məhkəmə qərarları › İş №3(036)-1107/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1107/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1107/2023 04.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X4, X2 İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə İmişli Rаyon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 500 manat məbləğində cərimə edilmişdir. X3 şikayət verərək, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. Şikayət xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Maddə 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materialları ilə müəyyən olur ki, X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirmiş, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan on gün müddətində şikayət verilməli olduğu halda verilməmiş, həmin vaxtdan 1 il 6 ay müddət keçdikdən sonra, yəni şikayət xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməməsinin üzrlü səbəbdən buraxılması barədə heç bir sübut təqdim olunmamış və bu barədə şikayət verən şəxsin vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmaması məsələsini həll edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, X2 İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar