Məhkəmə qərarları › İş №3(036)-1111/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1111/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1111/2023 02.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, Q.Nəbi küçəsində yaşayan X4 həyətindən ümumi dəyəri 500 manat olan dəmirləri oğurlamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun deyildir və inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydasına düzgün əməl edilmədən tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. İş materialları ilə müəyyən olunur ki, barəsində inzibat icraat aparılan şəxs Şəxs xx.xx.2006-cı il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmamış şəxsdir və onun işində vəkilin iştirakı məcburi olduğu halda müdafiəçi ilə təmin olunmamışdır. Nəticədə təhqiqatçı tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri gobud surətdə pozularaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququ təmin edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 014066 nömrəli “İnzibati qaydada tutma haqqında protokol”la müəyyən olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 11 radələrində azad edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Bundan əlavə, İmişli Rayon Polis X3 xx.xx.2023-cü il tarixli “cinayət işinin rədd edilməsi barədə” qərarı ilə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, Q.Nəbi küçəsində yaşayan X4 həyətindən ümumi dəyəri 500 manat olan dəmir əşyaları oğurlamışdır. Həmin təhqiqat materialları ilə müəyyən olur ki, X8 xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatda göstərmişdir ki, Şəxs dəfələrlə onun həyətindən oğurluq etmiş və 3 il müddətində 5 ton dəmir əmlakları oğurlanmışdır. Lakin, təhqiqat orqanı tərəfindən həmin fakt üzrə heç bir araşdırma aparılmamış və həmin hallara hüquqi qiymət verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxs X5 məxsus olan dəmir əşyalarının oğurlanması fakı üzrə iş materiallarına əlavə edilmiş fotoşəkildəki dəmirlərin qiyməti barədə məhkəmə qiymətləndirməəmtəəşünaslıq ekspertizası təyin edilib müvafiq rəy alınmamış və əmlakların hazırkı vəziyyətdə real dəyəri müəyyənləşdirilməmişdir. Məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən qeyd olunan ziddiyyətli hallar araşdırılmamış, təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün məhkəməyə göndərildiyinə görə, inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılsın. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar