Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1115/2023 21.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X2, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1989-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli şəhəri, M.Müşfiq küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(036)-2424/2014 saylı icra sənədini icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(036)-2424/2014 saylı icra sənədini qəsdən deyil, maddi imkanının ağır olması, ikinci vətən müharibəsində yaralanması ilə əlaqədar səhətində yaranan problemlərlə bağlı heç bir yerdə işləməməsi, əlavə qazanc yerinin olmaması, müalicə məqsədi ilə xarici ölkəyə getmək məcburiyyətində qaldığı üçün tam icra edə bilməmiş, icra məmurunun bütün çağırışlarına məhz bu səbəblərdən vaxtında gələ bilməyərək qanuni tələblərini yerinə yetirə bilməmişdir. Bacardığı qədər borcunu ödəməyə çalışır. Bundan sonra da hissə-hissə olsa da borc məbləğini tam olaraq ödəyəcəkdir. Hazırda özünü inzibati xəta törətməkdə təqsirli bilir və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(036)-2424/2014 saylı icra sənədini icra etməmiş, borclu olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə iclasında tələbkar X2 izahat verərək göstərdi ki, borclu Şəxs ilə razılığa gəmişdir, verdiyi sözləri yerinə yetirəcəyi təqdirdə ondan heç bir şikayəti yoxdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(036)-2424/2014 saylı icra sənədi ilə müəyyən olur ki, borclu Şəxs 2810 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2015-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2015-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarxli qərarı ilə borclu Şəxs barəsində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə baxışında borclu Şəxs ilə tələbkar X2 barışaraq borcun hissə-hissə ödənilməsinin forması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsndə göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-1115/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1115/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver