Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1116/2023 07.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xəta nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun deyildir və inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydasına düzgün əməl edilmədən tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilmişdir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 3(036)- 967/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmışdır. Həmin qərarla müəyyən olur ki, inzibati xəta haqqında protokol tərtib olunarkən inzibati xətanın törədildiyi yer, vaxt göstərilməmiş, qeyd olunan inzibati xətalardan hansının törədilməsi və həmin inzibati xətanın mahiyyəti ayrı-ayrılıqda protokolda öz əksini tapmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeyd aparılmamışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati material geri qaytarıldıqdan sonra İmişli Rayon Polis Şöbəsi tərəfindən İmişli Rayon Məhkəməsinin 3(036)-967/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə əməl olunmamış, müvafiq prosessual hərəkətlər edilərək buraxılmış pozuntular və çatışmamazlıqlar aradan qaldırılmamış, yenidən inzibati xəta haqqında protokol tərtib olunmalı olduğu halda qanunvericiliyin tələblərinə zidd olaraq əvvəlki xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun üzərində müəyyən düzəlişlər və qeydlər aparılmaqla protokol və digər sənədlər düzgün tərtib olunmamış və material natamam şəkildə məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən hesab edirəm ki İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-1116/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1116/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver