Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-113/2022 21.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X6 Hacıyevin sədrliyi, Mirağa Aydın oğlu Əliyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Şəxs, İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Ağayev Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağayev Şəxs barəsində 21 fevral 2022-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(036)-3210/2016 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Şəxs izahatında göstərdi ki, tələbkar X2 ona xəyanət etdiyinə görə boşanmışlar. Lakin o, uşaqlarının valideynsiz böyüməmələri üçün Gülnarın xəyanətini qəbul edib bundan üç gün əvvələdək onunla bir yerdə yaşamışdır. Bir yerdə yaşadıqlarına görə İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(036)-3210/2016 saylı icra sənədini icra etməmişdir. Tələbkar onun bacısı ilə mübahisələri yarandığından qəsdən onun barəsində icra məmuruna şikayət edərək alimenti ödəmədiyini bildirmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 bildirdi ki, İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(036)-3210/2016 saylı icra sənədinə əsasən 24.05.2007-ci il təvəllüdlü Ağayeva Rəna Şəxs qızı, 12.11.2008-ci il təvəllüdlü Ağayeva Röya Şəxs qızı və 15.09.2014-cü il təvəllüdlü Ağazadə Təkani Şəxs qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Ağayev Şəxs hər ay hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub tələbkar X1 ödənilməlidir.Lakin borclu üzrlü səbəblər olmadan icra sənədinin icrasını təmin etməmiş, tələbkara 16080 (on altı min səksən) manat aliment borcu yaranmışdır. Ona görə də onun tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, borclunun tənbeh olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X2 bildirdi ki, borclu Ağayev Şəxs ona olan aliment borcundan bu günədək heç bir ödəniş etməmişdir. Belə ki, Şəxs ona hədə-qorxu gəldiyinə görə İcra şöbəsinə gedə bilməmiş və borcludan alimentin tutulmasını tələb edə bilməmişdir. Lakin hazırda məcburiyyət qarşısında hər şeyi gözə alıb borcludan alimenti ödəməsini tələb etmişdir. Borclu alimenti ödəmədiyinə görə uşaqlarını saxlaya bilmir. Odur ki, borclunun barəsində tədbir görülməsini xahiş edir. Ağayev Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, tələbkarın, icra məmurunun izahatları və iş materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Ağayev Şəxs İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Ağayev Şəxs cəza təyin edərkən törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağayev Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-113/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-113/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver