Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1133/2025 11.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli rayonu, Yol patrul xidməti inspektoru polis baş leytenantı Məhərrəmov Yarəb YusifCamal oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 11 iyul 2025-ci il tarixli İXP7260549 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli rayonu, Yol patrul xidməti inspektoru polis baş leytenantı Məhərrəmov Yarəb YusifCamal oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs sürücülük vəsiqəsi olmadan X6 məxsus olan «Chevrolet» markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu Xələfli kəndindən Kürdmahmudlu kəndi istiqamətdə hərəkətdə olan zaman dönmə işığını yandırmadan yolun sol tərəfinə evlərinə getmək üçün dönən zaman arxadan hərəkətdə olan X3 idarə etdiyi Niva markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idaər etdiyi «Chevrolet» markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı etmiş və nəticədə «Chevrolet» markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qarşı qanadına vurması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı «Chevrolet» markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında oturan xx.xx.2018-ci il təvəllüdlü X4 və Niva markalı avtomobilin sürücüsü X3 xəsarət alması müəyyən olunmuşdur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olmamasını və idarə etdiyi «Chevrolet» markalı ** LS *** qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında 2018-ci il təvəllüdlü X4 əyləşməsini avtomobili lə sol tərəfə dönmə işığını yandıraraq dönən zaman X5 arxdan gəlib ötmə əməliyyatı edən zaman onun idarə etdiyi avtomobilin sol qarşı qanadına vuraması nəticəsində yol nəqliyyat hadisəsi törənməsini və sərnişin azyaşlı Ayxan Nəsirovun, eyni zamanda Niva markalı avtomobilin sürücüsü Nicat Əliyevin xəsarət almalarını bildirmişdir. Göstərilən halları nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbinə əsasən hazırki inzibati xəta haqqında işə dərhal baxılmalıdır. Protokol tərtib etmiş şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs dövlət yol polisi şöbəsində izahat yazmışdır. Ona dəymiş zərər sığorta tərəfindən ödənilmişdir. Ona görə də o, heç bir şikayətinin olmadığını bildirərək məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etirafedici izahatı, zərərçəkmiş şəxsin verdiyi izahatı, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 iyul 2025-ci il tarixli İXP7260549 nömrəli inzibati xəta haqqında protoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «Chevrolet» markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili 16 iyun 2025ci ildə idarə edən zaman yol hərəkət qaydalarını pozaraq X3 idarə etdiyi “Niva” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs və X3 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 322 saylı rəyindən görünür ki, 2018-ci il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər başın ənsə nahiyəsində sağda qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 321 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinəsi bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 320 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 327 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 328 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. Beləliklə, iş materiallarından görünür ki, hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1133/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1133/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver