Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1171/2024 12.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə İmişli rayonu, Aranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1321/2019 nömrəli xx.xx.2019-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-52/2019 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək göstərdi ki, borclu Əsədli X8 Rayon Məhkəməsinin 2(036)-1321/2019 nömrəli xx.xx.2019-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-52/2019 saylı 16 iyun 2016-ci il tarixli icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Borclu Şəxs dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq icra sənədini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Borclu Şəxs hazırda 18410.25 manat borcu qalmaqdadır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1321/2019 nömrəli xx.xx.2019-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-52/2019 saylı 16 iyun 2016-ci il tarixli icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, tələbkar X2 ümumilikdə 7120 manat məbləğində aliment ödəmişdir. Həmin vaxtdan sonra səhhətində problemlər olduğu üçün heç bir ödəniş etməmişdir. Hazırda aliment ödəməyə maddi imkanı çatmır. Bu gün İmişli Rayon Məhkəməsinin 2(036)- 1321/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 160 manat ödəniş etmişdir. Ona möhlət verilərsə, borcunu ödəyəcəyini bildirdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(036)-1321/2019 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 30 aprel 2020-ci il tarixdən etibarən xx.xx.2018-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü 160 (yüz altmış) manat məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-ui il tarixli 2(036)-1321/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019ui il tarixli 2(036)-1321/2019 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli 10(102)-52/2019 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2008-ci təvəllüdlü Nuranənin və xx.xx.2010-cü il təvəllüdlü Mədinənin saxlanılması üçün 11 senyabr 2014-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək minumum əmək haqqının 75 faizindən az olmamaqla və bütün gəlirlərinin 33 faiz hissəsinin alimentin tutularaq tələbkar X5 xeyrinə tutulması və Şəxs 800000 rubl dövlət rüsumunun dövlət nəfinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli 10(102)-52/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli 10(102)-52/2019 saylı saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin 01 oktyabr 2019-cu il tarixli qərarı ilə icra sənədlərində borclu tərəf eyni olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(036)-1189/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir; İmişli Rayon Məhkəməsinin 8(036)-066/2020 saylı, 21 may 2020-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs öğlunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(036)-80/2022 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Şəxs İdrris oğlunun 30 avqust 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu müddətin bir günü islah işləri cəzasının dörd günü hesablanmaqla 01 (bir) ay 06 (altı) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 10 (on) ay 24 (iyirmi dörd gün müddətinə islah işləri ilə cəzası saxlanılmışdır; İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaətinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 12 dekabr 2024-cü il tarixdən saat 15:18dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1171/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1171/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver