Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1174/2025 15.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, müəyyən etdi: Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, barəsində protokol tərtib edilmiş fiziki şəxsin ünvanı Füzuli rayonu, Dövlətyarlı kəndidir. Tərtib olunan protokolun məzmunundan göründüyü kimi inzibati xəta haqqında protokol İXM-nin 529.3 maddəsi ilə, yəni şəxsin hərəkətsizliyi ilə baş verən inzibati xətadır. Bu halda inzibati xətanın baş vermə yeri barəsində inzibati xəta haqqında protokol tərtib olunun şəxsin qeydiyyat yeri sayılır. Belə olduğu təqdirdə həmin işin İmişli Rayon Məhkəməsinə aidiyyəti müəyyən edilməmişdir. Şəxsin ünvanı düzgün müəyyən edilməli, həmin ünvana inzibati cərimə qərarı göndərilməli, qərarın şəxsə rəsmi qaydada çatdırılması təsdiq edilməli, qərarı qüvvəyə mindiyi vaxtdan sonra 3 ay ərzində cərimə qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, həmin şəxs barədə İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilib, həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə göndərilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106,0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər İmişli Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. X1
Məhkəmə qərarları › İş №3(036)-1174/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1174/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver