Məhkəmə qərarları › İş №3(036)-1184/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1184/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1184/2023 17.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, zərərçəkmiş X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 196 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədini üzrlü səbəblər olmadan icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədinə əsasən ondan övladları 31 may 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün X3 xeyrinə hər ay 250 manat məbləğində aliment tutulub verilməlidir. Lakin maddi imkanı olmadığına görə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməmişdir. Bu səbəbdən də o, əvvəlki illər üçün aliment borcunu yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilir və maddi imkanı yaxşılaşdıqdan sonra icra sənədinin icrasını təmin edəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar-zərərçəkmiş X6 izahat verərək göstərdi ki, Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və hazırda 16500 manat məbləğində borcu vardır. Dəfələrlə tələb olunmasına baxmayaraq aliment borcunu ödəməkdən qəsdən yayınır. Heç bir yerdə işləmədiyinə görə uşaqları saxlamaqda çətinlik çəkir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)- 242/2018 saylı icra sənədinin icrası üçün heç bir təşəbbüs göstərməmişdir. Qətnamə qəbul edilən gündən bəri aliment üçün ödənişlər etməmişdir. Hazırda borclunun tələbkara 16500 manat məbləğində aliment borcu vardır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasından yayınmışdır. Bu səbəbdən də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)- 242/2018 saylı icra sənədi ilə müəyyən olur ki, Şəxs 31 may 2011-ci il təvəllüdlü X7 və 24 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulmalıdır. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə borcluya icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(036)-120/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədi üzrə borcun ödənilməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də, Hacıyev X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 17 noyabr 2023-cü il tarixdən, saat 13:10-dan hesablansın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar