Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1188/2023 23.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzulla o zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1972-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli şəhəri, Xiyabani küçəsi ev 40 ünvanında yaşayan Şəxs İnzulla oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X8 Pois İdarəsi İmişli st. X10 İstintaq və Təhqiqat Qrupunun baş inspektoru vəzifəsini icra edən, baş leytenantı X6 tərəfindən Şəxs İnzulla oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində imişli şəhərində "xxxx" QSC-nin X11 Deposunun İTXM vaqon baxıcısı-təmirçisi işləyən qardaşı X3 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, İmişli şəhəri, Xiyabani küçəsi ev 40 ünvanında qardaşı X4 ilə birlikdə yaşayır. Axşamdan aralarında sözlə mübahisə düşmüşdü. Səhər yemekxanada spirtli içki qəbul etmiş və içkinin təsiri altında saat 09:00 radələrində qardaşının işlədiyi İmişli rayon Dəmiryol stansiyasına getmişdir. Onu iş yerinin yanında görmüş və axşam nə üçün onunla mübahisə etdiyini soruşmuşdur. Qardaşı isə ona bunları axşam evdə müzakirə etməyi söylədi. Belə olan halda o, qardaşı X2 qolundan tutaraq divara sıxmışdır. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində hər zamankı kimi işə gəlib növbəni qəbul etmişdir. Saat 09:00 radələrində qardaşı Şəxs İnzulla oğlu onunn iş yerinə gələrək onunla mübahisə etməyə başlamışdır. Qardaşının içkili olduğunu görüb ona axşam evdə söhbət edəcəklərini deyib mübahisədən qaçmaq istəmiş, lakin bu zaman Şəxs İnzulla oğlu onu divara sıxaraq boyun nahiyyəsinə yumruq vurmuşdur. İş materiallarına əlavə edilmiş İmişli st. X10 İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti ilə müəyyən olunur ki, X4 xx.xx.2023-cü il tarixdə ərizə ilə İmişli st. X13 müraciət edərək, iş yerində qardaşı Şəxs İnzulla oğlu tərəfindən döyüldüyünü və bu barədə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 821 nömrəli ekspertiza rəyindən görünür ki, 1962-ci il təvəlüdlü X1 bazunun orta 1/3 issəsinin ön səthində qançır, sağ xarici qulaq seyvanında, sifətin sağ yanaq nahiyəsində, boyun ön səthinin aşağı hissəsində sıyrıqlar bərk küt əşyanın təsirindən törənmişdir. Müddəti müayinə olunanın göstərdiyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə zərərçəkmiş şəxs X4 ərizə verərək Şəxs İnzulla oğlu ilə barışdığını və ondan heç bir şikayəti olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzulla oğlu da zərərçəkmiş şəxs X4 ilə barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə Şəxs İnzulla oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs İnzulla oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-1188/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1188/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver