Məhkəmə qərarları › İş №3(036)-1190/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1190/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1190/2025 22.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuş, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin sədri vəzifəsində işləyən, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol ondan ötrü tərtib edilmişdir ki, o, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin mütləq təqdim edilməli olan xx.xx.2025-ci il tarixli, 09 saylı iclas protokolunu 3 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli regional ədliyyə idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin sədri Şəxs izahatında bildirdi ki, bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməli olduğundan məlumatı olmamışdır. Qərarı iyul ayının 2-3 tarixlərində göndərmişdir. Bu səbəbdən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin sədri Şəxs bələdiyyənin müqtləq təqdim edilməli olan xx.xx.2025-ci il tarixli, 09 saylı iclas protokolu inzibati nəzarəti həyata keçirən orqana üç iş günündən gec göndərildiyinə görə Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 09 saylı iclas protokolundan görünür ki, “X1” publik hüquqi şəxsin Beylaqan ərazi torpaq müsabiqə və hərrac komissiyasının 04 iyun 2025-ci il tarixli 1107 nömrə ilə qeydiyyata alınmış seriya HTM 007176 nömrəli şəhadətnaməsi nəzərə alınmalıdır. Bələdiyənin örüş torpaq sahəsindən 20.855 ha torpaq sahəsi icarə haqqı 3442 (üç min dörd yüz qırx iki) manata heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Qaragüvəndikli kənd sakini Vəliyev Şahin Vəkil oğluna icarəyə verilməlidir. Hərrac haqqı 4 % olmaqla 137.68 (yüz otuz yeddi manat, altmış səkkiz qəpik) manat auksion mərkəzinin hesabına köçürülməlidir. Qərarən icrasına nəzarət bələdiyyənin sədrinə həvalə edilməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.6-cı maddəsinə əsasən bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların bir surəti həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində proses iştiakçılarını dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 09 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 3 iş günü ərzində göndərilməli olsa da, heç bir üzrlü səbəb olmadan 2-3 iyul tarixlərində İmişli Regional Ədliyyə İdarəsinə göndərilmiş, bununla da qanunvericliyin tələbləri pozulmuşdur. Ona görə də Şəxs, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALD İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar