Məhkəmə qərarları › İş №3(036)-120/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-120/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-120/2023 16.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X17 Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 196 ünvanında yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədinə əsasən 31 may 2011-ci il təvəllüdlü X8 və 24 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar X3 xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment ödəməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, övladları 31 may 2011-ci il təvəllüdlü X8 və 24 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün X3 xeyrinə ondan hər ay 250 manat məbləğində aliment tutulması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədindən məlumatı olmamışdır. Bu müddətdə icra və probasiya şöbəsinin icra məmuru tərəfindən təyin olunmuş alimentin icrası barədə heç bir vaxt xəbərdarlıq edilməmiş, X3 isə ona qarşı hər hansı bir tələbi və şikayəti olmamışdır. O, 2022-ci ilin dekabr ayınadək tələbkarla bir yerdə yaşayıb, ümumi təsərrüfat aparmaqla, uşaqların tərbiyyəsi ilə birlikdə məşğul olmuşlar. Lakin 2022-ci ilin son 2 ay müddətində işlədiyi müəssisədən aylıq əmək haqqından aliment tutulan zaman bilmişdir ki, X3 tələbi əsasında uşaqlarının saxlanması üçün ondan aliment tutulması barədə məhkəmə qərarı mövcuddur. Bu səbəbdən də o, əvvəlki illər üçün aliment ödəməkdən qəsdən boyun qaçırmamışdır. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəxs ilə aralarında olan nikah qeydi 2018-ci ildə məhkəmə qərarı əsasında pozulmuş və uşaqlar onun himayəsində qalmaqla, uşaqların saxlanması üçün Şəxs onun xeyrinə aliment tutulması müəyyən edilmişdir. Şəxs tərəfindən 2018-2021-ci illərdə aliment ödənişi olmamış, lakin buna baxmayaraq həmin vaxtlar heç bir tələbi və şikayəti olmamışdır. 2022-ci ilin son aylarında isə cəmi 1000 manat məbləğində aliment ödənilmişdir. İnzlbati xəta törədən şəxs nikahın pozulmasına baxmayaraq mütəmadi olaraq onun yaşadığı evə gəlib uşaqları ilə görüşmüş və bəzi hallarda isə getməyərək onlarda qalmışdır. Hazırda tələbi ondan ibarətdir ki, onun barəsində inzibati tənbeh tətbiq edilsin və gələcəkdə onu narahat etməsin. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X11 izahat verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin 2(036)-242/2018 saylı, 17 yanvar 2018-ci il tarixli icra sənədi üzrə 02 fevral 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilsə də Şəxs icra sənədi üzrə öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Yalnız 2022ci ilin noyabr və dekabr aylarında icra sənədi üzrə icranı əmək haqqına yönəltməklə, ümumilikdə 1000 manat məbləğində aliment borcunun ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədi ilə müəyyən olur ki, 31 may 2011-ci il təvəllüdlü X8 və 24 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 xeyrinə Şəxs hər ay 250 manat sabit pul məbləğində aliment tutulmalıdır. İşdə olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə Şəxs tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2021-ci il tarixli “Borc məbləğinin ödənilməsi barədə” xəbərdarlıq ilə Şəxs qalıq borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktubları ilə müəyyən olur ki, İmişli Rayon Statistika İdarəsinə, X10 Xidməti, 14 saylı region üzrə X7, ƏƏSMN yanında DSMF-nin İmişli rayon şöbəsinə və s. təşkilatlara müraciət olunaraq Şəxs hər hansı müəssisənin (təsərrüfatın) dövlət reyestrində qeydə alınıb-alınmaması, əgər qeydə alınmışdırsa fəaliyyətinin olub-olmaması, əmlakının, mal qarasının olub-olmaması, pensiya, əmək haqqı və ya sosial müavinət alıb-almaması, hər hansı nəqliyyat vasitəsinin qeydiyyata alınıb alınmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-242/2018 saylı icra sənədinə əsasən 31 may 2011-ci il təvəllüdlü X8 və 24 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar X3 xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment ödəməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də, Hacıyev X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 ( beş yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar