Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1211/2023 29.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1986-cı ildə anadan olmuş, AR vətəndaşı, evli, İmişli rayonunun Qızılkənd kəndində Şəxs barəsində AR İXM-nin 334.1-ci maddəsi ilə olan «inzibati xəta haqqında» protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: AR DİN İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati xəta haqqında» xx.xx.2023cü il tarixli İXP ******* nömrəli protokoluna əsasən Şəxs sürücülük hüququ olmadan “İJ” markalı dövlət qeydiyyat nişanı olmayan motosikleti xx.xx.2023-cü il tarixdə, saat 00-15 radələrində İmişli rayonu, Qızılkənd kəndində sərxoş halda idarə edərək toqquşma ilə nəticələnən YNH törətmişdidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00-15 radələrində idarə etdiyi “İJ” markalı dövlət qeydiyyat nişanı olmayan motosikleti ilə İmişli rayonu Qızılkənd kəndindən keçən mərkəzi asfalt yol ilə hərəkətdə olarkən “Allahverdi” bulağının qarşısında əks istiqamətli hərəkət zolağı ilə hərəkət edən avtomobilə dəyməmək üçün motosikleti yolun sağ tərəfinə istiqamətləndirmiş və həmin vaxt yolun kənarında dayanmış “MTZ-80” markalı 44-T-693 dövlət qeydiyyat nişanlı traktora qoşulu olan otbağlıyanın sol təkərinə dəyərək toqquşmuşdur. İşdə olan 3018/ K saylı eksper rəyinə əsasən Şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. AR İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-1211/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1211/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver