Məhkəmə qərarları › İş №3(036)-1212/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1212/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1212/2025 30.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29293333 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29293333 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində olan 16 iyul 2025-ci il tarixli, EQ 29293333 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir ki, guya o, 16 iyul 2025-ci il tarixdə saat 12:47:56 radələrində İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbi pozularaq yarımqoşqusu olmayan motoslkletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durmaya görə 80 manat cərimə edilmişdir. Barəsində olan 16 iyul 2025-ci il tarixli, EQ 29293333 saylı inzibati tənbeh vermə haqqında elektron qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, qərara əlavə etdiyi foto şəkildən də görünür ki, idarə etdiyi “MERCEDES BENZ E270 CDİ” minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlayaraq dayanma və ya durma qaydalarını pozmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29293333 saylı inzibati tənbeh vermə haqqında qərardan və fotoşəkillərdən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində “MERCEDES BENZ E270 CDİ” minik markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 346.4-cü maddəsinədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçısının izahatına və toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 11 maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. Həmin Qanunun 43 maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq qadağandır. Həmin Qanunun 52 maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanunun 52 maddəsinin Vİ hissəsinin 1 və 2-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə və yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində dayanma qadağandır. İş materiallarında olan fotoşəkildən görünür ki, “MERCEDES BENZ E270 CDİ” minik markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış, bununla da X2 dayanma durma qaydalarını pozaraq qadağan olunan yerdə avtomobilini saxlamış və yol hərəkəti qaydaları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29293333 saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29293333 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29293333 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar