Məhkəmə qərarları › İş №3(036)-1216/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1216/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1216/2023 30.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli şəhəri, E.İbrahimov küçəsi ev 11-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, E.İbrahimov küçəsində yerləşən ünvanında onu intizama dəvət edən polisin qanuni tələbinə əməl etməmişdir. Protokol toplanmış materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, anası Həməyıl Nuriyeva və bacısı Mətanət İsaqlı ilə birlikdə İmişli şəhəri, E.İbrahimov küçəsi ev 11 ünvanında yaşayır və ailə üzvləri tərəfindən ona qarşı olan saymamazlıq və hörmətsizliyə görə onlarla düz gəlmir. xx.xx.2023-cü il tarixdə eyni səbəbdən anası Həməyıl Nuriyeva ilə arasında mübahisə olmuş və barəsində İmişli rayon polis şöbəsinə şikayət edilmişdir. Yaşadıqları ünvana gəlmiş polis əməkdaşlarına Həməyıl Nuriyevanın ona qarşı münasibəti barədə bildirmiş, lakin onlara qarşı kobudluq etməmişdir. İş üzrə şahid X2 göstərmişdir ki, o, İmişli RPŞ İTB-nin sahə polis rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə İmişli şəhər, E.İbrahimov küçəsi ev 11-də yaşayan X5 rayon polis şöbəsinə şikayət edərək oğlu Həsənin ona qarşı zorakılıq törətdiyini və söyüb təhqir etdiyini bildirmişdir. Şikayətin yoxlanılmasından ötrü polis nəfəri X4 ilə həmin ünvana getmişlər. Şəxs onların gəldiyini görüb küçəyə çıxmış, nəyə görə gəldiklərini soruşaraq onlara qarşı kobudluq etmiş və rayon polis şöbəsinə dəvət olunduqda nalayiq hərəkətlər edərək Mənsur Camalova qarşı güc tətbiq edib onun qolunu dişləmişdir. İş üzrə şahid X4 şahid X1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar