Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1235/2024 25.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, himayəsində iki azyaşlı uşağı olan, İmişli rayonu, Rəsullu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 1468/2021 saylı icra sənədinin icrasını borclu Şəxs təmin etməmiş bunula əlaqədər olaraq icra məmurunun qanuni tələblələrini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1468/2021 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşaqla ünsiyyəti son 2 ay ərzində təmin etmədiyinə görə icra və probasiya şöbəsinə çağırılmış, lakin çağırışa gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə "borclunun məcburi gətirilməsi haqqında" qərar qəbul edilərək ünvanına göndərilmişdir. Borclu Şəxs şöbəyə könüllü olaraq gəlmədiyindən onun barəsində xx.xx.2024-cü il tarixdə İmişli Rayon Məhkəməsinə məcburi gətirilmə barədə təqdimat verilmişdir. xx.xx.2024-cü il tarixdə Fəridə Şirəliyeva uşaqları ilə icra və probasiya şöbəsinə gəlmişdir. Ona icra sənədi üzrə tələbi təmin etmədiyi barədə şifahi xəbərdarlıq edilərək məsuliyyəti bir daha izah olunmuşdur. Şəxs uşaqlarının atası Rahimlə görüşmək istəmədiyini və bu səbəbdən də ünsiyyətin təmin edilmədiyini bildirmişdir. Səbəbi kimi isə əsəbi və kobud şəkildə yüksək səslə Rahimə qarşı olan kinli və mənfi münasibətini olduğunu bildirdi. Şəxs sakit tərzdə səbirli danışmaq Elşən Cəfərov tərəfindən tövsiyyə edildi, lakin o heç bir məhəl qoymadan daha da qışqıraraq səs-küy salaraq uşaqlarını komissiyanın məsul katibi tərəfindən dindirilməsinə imkan vermədən xidməti iş otağını uşaqları ilə birlikdə tərk etmişdir. Xidməti iş otağından çıxan vaxtı icra məmurlarları tərəfindən Şəxs sakitliyə və nəzakətli olmağa etdikləri təklifə o heç bir məhəl qoymamışdır. İmişli Rayon Məhkəməsinin 2(036)-1468/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərarın surəti, bildiriş, xəbərdarlıqlar borclunun ünvanına göndərilmişdir. Borclu həmin sənədləri almışdır. Borclu Şəxs məhkəmə qərarını üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində AR İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməsi zərurətini nəzərə alaraq icra və probasiya şöbəsinə dəvət edilməsi üçün zəng edilsə də o, telefona cavab verməmişdir. Onun iştirakı olmadan inzibati protokol tərtib edilmiş və protokolun surəti poçt vasitəsilə onun ünvanına göndərilmişdir. Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, tələbkar Zərərçəkmiş şəxs uşaqlarla görüşdükdən sonra onları təhvil verməmiş, onun barəsində iki dəfə axtarış elan edilmişdir. Borclu bu səbəbdən uşaqlarla görüşə şərait yaratmadığını bildirir, lakin qeyd edilən hal üzrə məsuliyyət tələbkrın üzərinə düşür, borclu ilə qətnaməni icra etməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, bu vaxtadək Zərərçəkmiş şəxs uşaqlarla görüşməyinə mane olmamışdır. Son zamanlar tələbkar uşaqları götürdükdən sonra geri qaytarmamış və onun barəsində axtarış elan edilmişdir. Birinci dəfə axtarış elan edildikdən sonra yenə də uşaqlarla görüşə şərait yaratmış, lakin eyni hal təkrarlandığından görüşə icazə verməmişdir. Uşaqlar da ataları ilə görüşmək istəmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 1468/2021 nömrəli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 12:00-a dək (gecə vaxtı daxil olmaqla) yaşadığı İmişli rayonu, Rəsullu kəndində yerləşən evdə cavabdeh Şəxs (ana) nəzarəti olmadan rəsmi nikahlarından 04 iyul 2012-ci il təvəllüdlü X3 və 08 noyabr 2015-ci il təvəllüdlü X1 ilə görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq barədə qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1468/2021 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2022-ci ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. Elektron icra sistemində Şəxs qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Şəxs himayəsində iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1468/2021 nömrəli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 12:00-a dək (gecə vaxtə daxil olmaqla) yaşadığı İmişli rayonu, Rəsullu kəndində yerləşən evdə cavabdeh Şəxs (ana) nəzarəti olmadan rəsmi nikahlarından 04 iyul 2012-ci il təvəllüdlü X3 və 08 noyabr 2015-ci il təvəllüdlü X1 ilə görüş vaxtı müəyyən edilmiş, lakin, Şəxs Zərərçəkmiş şəxs uşaqları ilə görüşməsinə mane olmaqla icra sənədinin icrasını təmin etməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək tələbi tam icra etməməsi, həmçinin icra məmurunun çağırışlarına gəlməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Tələbkarın görüşdən sonra uşaqları qaytarmaması icra sənədinin icra edilməməsi üçün əsas deyil. Tələbkar uşaqları qaytarmadığından barəsində axtarış elan edilmiş və müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdırıcı halın isə olmamasını, həmçinin himayəsində azyaşlı uşağının olması səbəbindən qanunvericiyin ona inzibati həbs tətbiq edilməsini istisna etməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs qız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1235/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1235/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver