Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1237/2024 27.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, X1, Borclu Şəxs müdafiəçisi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə İmişli rayonu, Qaradonlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, o, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X4nın evə köçürülməsini təmin etməmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Hazırda tələbkarla razılıq əldə edilməmiş və tələbkar şikayətçidir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X4 İmişl rayonu, Qaradonlu Kəndi yaxınlığında 0.20 ha torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. O, iş üzrə Ali Məhkəmənin qərarından şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmişdir, ona görə də icra sənədi üzrə tələbi icra etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili X7 izahatında bildirdi ki, borclu Şəxs Konstitusiya Məhkəməsinə müraciət etməsi icra sənədinin icrasını dayandırmır. Lakin tərəflərin öz aralarında razılığa gəlib barışıq əldə etmələri üçün borcluya müəyyən vaxt verilməsini məhkəmədən xahiş edir. X4 izahatında bildirdi ki, o, azyaşlı uşağı qohumlarının evində yaşayır, başqa yaşayış yeri yoxdur. Ona görə də, evə köçürülməsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı X9 İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında 0.20 ha torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli on otaqdan ibarət Şəxs məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 851/2024 nömrəli, xx.xx.2024-cü il tarıxli icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırkı işdən görünür ki, borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə icra sənədinin icrası ilə bağlı vaxt təyin edilsə də, borclu icra sənədinin icrasını təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə İmişli rayon İcra və probasiya şöbəsinə teleqram ünvanlayaraq atasını müayinə üçün həkimə aparacağını göstərmiş, lakin X17 Sistemlərinin İstismarı İdarəsinin 18 dekabr 2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarənin işlərinə cəlb olunmuş və təhkim olunduğu ərazi üzrə iş yerində olmuşdur. Göründüyü kimi, borclu icra sənədini üzrsüz səbəbdən və qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında borclu Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirmiş, bu səbəbdən icra sənədini icra etmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin hal icra sənədinin üzrlü səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Şikayət məhkəmənin icraatına qəbul ediləcəyi halda, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.8-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması üçün əsas ola bilər. Hazırkı halda, şikayətin məhkəmənin icraatına qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası borclu üçün məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaətinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən saat 17:26-dan hesablansın. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1237/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1237/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver