Məhkəmə qərarları › İş №3(036)-1242/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1242/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1242/2025 31.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İmişli Rayon Polis Şöbəsinin Yol patrul xidməti inspektoru, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, 2-ci qrup əlil, Azərbaycan Respublikası vətəndaşı, İmişli rayonu, Cavadxanlı kəndində qeydiyyatda olan və yaşayan. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:10-da İmişli şəhəri, S.Fətəliyev küçəsində “Vaz 21074” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə surücülük vəsiqəsi olmadan hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Mersedes markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətini azaltdığından, düzgün ara məsafəsi saxlamadığı üçün avtomobili saxlaya bilmiyib avtomobilin qabaq hissəsini həmin avtomobilin arxa hissəsinə vurmuşdur. X2 4890 manat maddi zərər yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində İmişli Rayon Polis X12 X11 Nəqliyyat Hadisəsi üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən İXP ******* seriyalı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında İmişli Rayon Polis X12 X11 Patrul Xidməti inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:10-da İmişli şəhəri, S.Fətəliyev küçəsində “Vaz 21074” markalı, “**-BM-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücülük vəsiqəsi olmadan hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamamış, qarşıdakı avtomobilin sürücüsü sürətini azaltdığı üçün, avtomobili saxlaya bilmiyib avtomobilin qabaq hissəsini həmin avtomobilin arxa hissəsinə vurmuşdur. X1 avtomobilinə maddi zərər yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, İmişli rayonu, Cavadxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirir ki, xx.xx.2025ci il tarixdə, saat 15:10 radələrində özünə məxsus olan “VAZ-21074” markalı “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri S.Fətəliyev küçəsində idarə edən zaman düzgün ara məsafəsi saxlamadığı üçün, avtomobili saxlaya bilməyib qarşıdakı “Mersedes” markalı “**-DX-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuşdur. Avtomobilin qabaq hissəsi onun avtomobilinin arxa hissəsinə dəyərək dayanmışdır. Sürücülük vəsiqəsi olmadan yol nəqliyyat hadisəsi törətmiş və X4 avtomobilinə maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində heç kim heç bir xəsarət almamışdır. Hadisə zamanı yol-patrul xidməti əməkdaşları hadisə yerinə gəlmişlər. Özünün 2-ci qrup əlil olması, tutduğu əməldən peşmançılıq hissi keçirməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, həmin şəxsi əvvəllər tanımamışdır. Onun avtomobilinə maddi ziyan vurulmuşdur. Şəxs ilkin söhbətlər zamanı maddi ziyanı ödəməyə imkanı olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq olunmasının əleyhinə olduğunu bildirdi. İşdə olan 30 iyul 2025-ci il tarixli 136 nömrəli zərər aktından görünür ki, X5 məxsus “Mersedes” markalı “**-DX-***” dövlət qeydiyyat nişanlı avtomobilə 4890 (dörd min səkkiz yüz doxsan) manat maddi ziyan dəymişdir; Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir və 393.32 (üç yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində pensiya alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Şəxs əməlindən peşman olmasını, əlillik dərəcəsinin olmasını yüngülləşdirən hal kimi nəzərə almaqla əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar