Məhkəmə qərarları › İş №3(036)-1250/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1250/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1250/2023 11.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abilfət qızı, tələbkar X2 iştirakı ilə, Şəxs Abilfət qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs Abilfət qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(036)-28/2023 saylı icra sənədini icra etməmiş və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abilfət qızı özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilməyərək izahatında göstərdi ki, tələbkar X5 uşaqlarının saxlanmasında iştirak etmir, maddi ehtiyaclarını qarşılamır və uşaqları ilə görüşə gələndə içkili vəziyyətdə olduğuna görə, uşaqların onunla ünsiyyət qurmağına şərait yaratmamışdır. Məhkəmə iclasında tələbkar X5 izahat verərək göstərdi ki, Abbaszadə X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(036)-28/2023 saylı icra sənədini icra etməmiş, dəfələrlə uşaqları ilə görüşmək üçün Şəxs Abilfət qızının yaşadığı evə getmiş, lakin, qarşı tərəf və bacısı uşaqları ona göstərməkdən imtina etmiş və onu təhqiredici ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək göstərdi ki, Abbaszadə X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(036)-28/2023 saylı icra sənədini icra etməmiş, üzərinə düşən vəzifəsini yerinə yetirməmiş və uşaqların atası X5 ilə görüşüb ünsiyyətdə olmasına şərait yaratmaqdan imtina etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(036)-28/2023 saylı icra sənədi üzrə X2 azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 17:00-dək, “Yeni il” bayramı, “Qurban bayramı” və “Ramazan bayramı” günlərində bayramın 2-ci günləri saat 11:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs Abilfət qızına xx.xx.2023-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Abbaszadə X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(036)-28/2023 saylı icra sənədinə əsasən X2 azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 17:00-dək, “Yeni il” bayramı, “Qurban bayramı” və “Ramazan bayramı” günlərində bayramın 2-ci günləri saat 11:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə icra sənədini icra etməmiş və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abilfət qızı öz etirazlarının əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də, Abbaszadə X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati qaydada tənbeh olunmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs Abilfət qızı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Abilfət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 500 manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar