Məhkəmə qərarları › İş №3(036)-126/2020

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-126/2020

12.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-126/2020 12.05.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, şikayət vermiş şəxs x5, onun nümayəndəsi x1, protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru x12 və İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru x6 iştirakları ilə, İmişli RPŞ-nin DYPB-nin polis Baş Leytenantı x4 13.04.2020-ci il tarixli TP ******* saylı qərarından x5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru x12 tərəfindən 02.04.2020-ci il tarixdə x2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol üzrə İmişli RPŞ-nin DYPB-nin polis Baş Leytenantı x4 13.04.2020ci il tarixli TP ******* saylı qərarı ilə x5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. x5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında x5 şikayətində göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətini müddafiə etdi və göstərdi ki, 01.04.2020-ci il tarixdə, səhər saatlarında İmişli rayonu, x10 etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən İmişli rayon YPX inspektoru polis baş serjantıx8 onusaxlayaraq avtomobili rekonustruksiya olunma bəhanəsi ilə cərimə meydançasına aparacağını bildirmiş və evuakator xidmətini çağırmışdır. Avtomobili evukatora qaldıran zaman tros zəncir qırılmış onun avtomobili əvvəlcə arxada olan **-YP- *** dövlət qeydiyyat nişanlı polis maşınına çırpılnıışdır. Bütün bunlara baxmayaraq x8 onun avtomobilini protokol tərtib etmədən cərimə meydançasına aparmışdır. Qeyd olunan hadisə 01.04.2020-ci il tarixdə baş verməsinə baxmayaraq 02.04.2020-ci il tarixdə onun barəsində x9 adından protokol tərtib olunmuşdur. x8 bir il əvvəl də onun barəsində qanunsuz protokol tərtib etmiş və o, həmin protokoldan şikayət vermişdir. Buna görə də x6 ona qarşı ədavəti yarnmış və 01.04.2020-ci il tarixdə fürsətdən istifadə edərək onun barəsində yenidən qanunsuz olaraq protokol tərtib etmişdir. Mənim şikayət edəcəyimi bildiyi üçün protokolu iş yoldaşının adına tərtib etmişdir. Halbu ki, o avtomobilində hər hansı konsturksiya dəyişikliyi etməmiş, avtomobilə əlavə hər hansı avadanlıq quraşdırmamışdır. Belə ki, onun avtomobili cərimə meydançasına aparılaraq sökdürülmüş və arxa purjinləri çıxarılaraq yenisi ilə əvəz olunmasına göstəriş verilmiş, əsas olaraq isə göstərilmişdir ki, guya avtomobilin arxa purjinləri kəsilmiş, avtomobilin oxuna normadan artıq yük düşür. Lakin avtomobilin purjinləri çıxarıldığı zaman onun həmin purjinləri kəsmədiyi və avtomobilin üzərindən çıxarılan purjinlər ilə yeni purjinlər arasında heç bir fərq yoxdur. Bu fakt həmin vaxt çəkilmiş video görüntülər ilə də təsdiq olunur. Ona görə də hesab edir ki, onun barəsində tərtib olunmuş protokol və protokol əsasında qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Odur ki, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında x2 nümayəndəsi x3 şikayəti müdafiə edərək izahatında göstərdi ki, x2 izahatında göstərdiyi xüsusatlar tamamilə həqiqəti əks etdirir. Belə ki, qanunvericiliyin normasına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil, lakin buna baxmayaraq şikayətə əlavə edilmiş sübutlar təsdiq edir ki, protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuzdur. Qeyd olunan qərarın qanunsuz olmasını təsdiq edən sübutların mövcudluğu nəzərə alaraq hesab edir ki, əlavə izahata ehtiyac yoxdur. Odur ki, İmişli RPŞ-nin DYPBnin polis Baş Leytenantı x4 13.04.2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru x12 izahatında göstərdi ki, 01.04.2020-ci il tarixdə vətəndaş x2 idarə etdiyi VAZ-2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil konstruksiya dəyişikliyi səbəbindən saxlanılmış və avtomobil cərimə meydançasına aparılmışdır. 02.04.2020-ci il tarixdə barəsində İXM-nin 342.2.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Cərimə meydançasında avtomobilin konstruksiyası yoxlaınılmış və müəyyən edilmişdir ki, avtomobilin arxa purjinləri kəsilməklə konstruksiyaya dəyişiklik olunmuş, bununla da avtomobilin oxu üzərinə normadan artıq yük paylanmışdır. Bu isə avtomobildə qəza şəraitinin artmasına yaranmış şəraitdir. Ona görə də hesab edir ki, protokol qanuni tərtib edilmişdir, onun əsasında qəbul edilmiş qərarın ləğvinə əsaslar yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru x8 izahatında göstərdi ki, vətəndaş x5 idarə etdiyi avtomobilin arxa purjinlərini kəsərək kostruksiya dəyişikliyi etmişdir, ona görə də onun barəsində protokol tərtib olunmuş və həmin protokol üzrə İmişli RPŞ-nin DYPB-nin polis Baş Leytenantı x4 13.04.2020-ci il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan, məhkəmə iclas zalında işdə iştirak edən şəxslərin iştirakı ilə baxış keçirilmiş CD diskdə olan Audio-Video görüntülərindən görünür ki, İmişli RPŞ-nin cərimə meydançasında x2 idarə etdiyi VAZ-2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa purjinləri çıxarılmış və əvəz edilməsi üçün yanında olan yeni mürjinlərlə yan-yana qoyulmuşdur, video görüntülərdən həmin purjinlərə baxış keçirilməklə aparılmış müqayisədə isə avtomobilin üzərindən çıxarılmış purjinlər ilə yeni purjinlər arasında hər hansı fərq müəyyən edilməmişdir, onların ölçüləri və pillə sayı eynilik təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən İmişli RPŞ-nin DYPB-nin YPX inspektorları isə izahatlarında inzibati xəta haqqında protokolun yalnız purjinlərin kəsildiyinə görə tərtib edildiyini, başqa konstruktiv dəyişikliklərin olmadığını vurğulamış, məhkəmə iclasında video görüntülərə baxış keçirildikdən sonra isə bununla bağlı heç bir izahat verə bilməmişlər. Beləliklə məhkəmə iclasında təqdiqiq olunmuş sübtlarla müəyyən edilmişdir ki, x2 idarə etdiyi VAZ-2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı konstruktiv dəyişikliklər etməmişdir, onun əməlində hər hansı inzibati xəta tərkibi olmadığı halda barəsində qanunazidd protokol tərtib edilməklə müvafiq qərarla 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, x2 əməlində hər hansı inzibati xəta tərkibi olmadığından İmişli RPŞ-nin DYPB-nin polis Baş Leytenantı x4 13.04.2020-ci il tarixli TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 53, 128-130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. İmişli RPŞ-nin DYPB-nin polis Baş Leytenantı x4 13.04.2020-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin. İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru x12 tərəfindən tərtib olunmuş 02.04.2020-ci il tarixli İXP ******* saylı protokol üzrə x2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar