Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1274/2025 05.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X10 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X10 Sistemlərinin İstismarı İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Sistemlərinin İstismarı İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, İmişli Rayon Məhkəməsinin 2(036)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu hüquqi şəxs X10 Sistemlərinin İstismarı İdarəsi tərəfindən məhkəmə qərarı icra edilməyərək, qeyd edilən tələb təmin edilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X3 izahat verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin 2(036)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X10 Sistemlərinin İstismarı İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Qətnamə hüquqi qüvvəsini aldıqdan sonra icra olunması üçün İmişli rayon İcra və probasiya şöbəsinə göndərilmiş, lakin icra edilməmişdir. Zərərçəkmiş şəxs öz işlədiyi vəzifə deyil, yaşadığı yerdən uzaq olan ərazilərdə iş təklif olunmuşdur. Tələb edir ki, qətnamə icra olunsun və oğlu əvvəlki işinə bərpa edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X10 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, İmişli Rayon Məhkəməsinin 2(036)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs idarənin özündə aylıq əmək haqqı 450 manat maaş olan iş təklif edilsə də, razı olmamışdır. Qarşı tərəf israr edir ki, şəxs müşahidəçi vəzifəsinə işə bərpa edilsin. Hazırda idarədə müşahidəçi vəzifəsi üzrə vakant yer yoxdur. Razılıq əldə edilməsi üçün tələbkara daha yaxın ərazilərdə iş təklif olunsa da razı olmur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X10 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-484/2025 saylı icra sənədindən görünür ki, X10 Sistemlərinin İstismarı İdarəsinin “əmək müqaviləsinin ləvğ edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 nömrəli əmr ləğv edilməli, X1 Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “müşahidəçi” vəsifəsinə bərpa edilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq barədə qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-484/2025 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi X10 Sistemlərinin İstismarı İdarəsi xx.xx.2025-ci ildə rəsmi qaydada imzalamaqla qəbul etmişdir X10 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktlarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona təklif olunmuş nizamlayıcı peşəsi üzrə işdən imtina etmiş, əvvəlki işində işləmək istədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-484/2025 nömrəli icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsə başqa iş yerlərinin təklifini icra sənədindəki tələbin icrası kimi qəbul etmir. Belə ki, zərərçəkmiş şəxsin və nümayəndənin izahatından görünür ki, iş yerinin zərərçəkmişin evinə yaxın olması, bununla vaxta qənaət, nəqliyyat xərclərinin olmaması onun üçün xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə vurğulanır ki, təklif olunan vəzifə maaşının əvvəlki vəzifə maaşından bir qədər artıq olması zərəçəkmiş şəxsin maraqlarına cavab vermədiyindən, hüquqi şəxsin məhz həmin hala istinadla digər vəzifənin təklifini məhkəmə qərarının icrasına səy göstərilməsi kimi təqdim etməsi, həmin qərarın icrası hesab olunmur. X10 Sistemlərinin İstismarı İdarəsi qeyd edilən hərəkətləri, yəni indiyədək tələbi tam icra etməməsi, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X10 Sistemlərinin İstismarı İdarəsinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X10 Sistemlərinin İstismarı İdarəsinin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X10 Sistemlərinin İstismarı İdarəsinin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, X10 Sistemlərinin İstismarı İdarəsinin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Sistemlərinin İstismarı İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1274/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1274/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver