Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-128/2022 10.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun katibliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi və İmişli rayon İPŞ-nin icra məmuru rəisi vəzifəsini icra edən X5 oğlunun iştirakı ilə, xx.xx.1969-cu ildə anadan olmuş, evli, AR vətəndaşı, İmişli şəhəri, M.Əzizbəyov küç.ev 2 C-də yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara бахараг MÜƏYYƏN ETDİ: Şəxs oğlunun barəsində АR ИХМ-нин 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, direktoru vəzifəsini tutduğu borclu "xxxx" MMC-nin tələbkar “AR X1” X4 xeyrinə 273.588,60 manat əsas kredit, 2633,74 manat faiz və 159644,54 manat cərimə, cəmi 435,896,88 manat və 27 manat dövlət rüsumu ödəməsinə dair Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli 2-2(086)312/2019 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Şəxs göstərmişdir ki, 2011-ci ildə o, 4000,0 manat nizamnamə kapitalı ilə "xxxx" MMC təsis etmiş və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə “AR X1” PHŞ tərəfindən götürülən krediti müqavilələr bağlamaqla ayrı-ayrı şəxslərə vermişdir. “AR X1” X4 xeyrinə 273.588,60 manat əsas kredit, 2633,74 manat faiz və 159644,54 manat cərimə, cəmi 435,896,88 manat və 27 manat dövlət rüsumu ödəməsinə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli 2- 2(086)312/2019 saylı icra sənədi qismən icra edilərək 20.000 manat birdəfəlik ödənilmiş və inkasso sərəncamı qaydasında "xxxx" MMC–nin hesaba daxil olan 69.300,0 manat məbləğində vəsaitlərin tutulması təmin edilmişdir. Borcun yaranması “AR X1” X3 götürülmüş kredit hesabına ayrı-ayrı şəxslərə verilmiş cəmi 230.000 manat məbləğində nağd pul vəsaitin qaytarılmaması ilə əlaqədar olmuş və cəmiyyətin özünün kifayət qədər nağd pul vəsaiti və tələb yönələn qiymətli əmlakı olmadığından icra sənədi üzrə tələbi indiyədək tam şəkildə ödəmək mümkün olmamışdır. 2018-ci ildən etibarən cəmiyyətin təsərrüfat fəaliyyəti tamamilə dayanmış və işçilərlə bağlanmış əmək fəaliyyətinə xitam verilmişdir. Buna baxmayaraq cəmiyyətdən kredit almış şəxslər tərəfindən icra sənədlərinin icrası qaydasında hissə-hissə ödənilən məbləğlər hesabına “AR X1” PHŞ-nin hesabına hər ay 3000,0-5000,0 manat məbləğində vəsait keçirilməsi davam edir. Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli 2-2(086)312/2019 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən “AR X1” X4 xeyrinə cəmi 435,896,88 manat və 27 manat dövlət rüsumu tutulmasına onun tərəfindən etiraz edilməmiş və borcun cəmiyyətin əmlakı hesabına ödənilməsinə heç bir maneçilik törədilməmişdir. İcra işinin materiallarından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli 2-2(086)312/2019 saylı icra sənədi 01.10.2019-cu il tarixdə icraata qəbul edilmiş və tələbin 10 gün müddətində könüllü qaydada icra edilməsi üçün borclu "xxxx" MMC-ə bildiriş göndərilmişdir. Həmin müddətdə icra sənədi üzrə tələb könüllü qaydada icra edilməmiş və görülmüş məcburi icra tədbirləri nəticəsində borclu "xxxx" MMC-nin tələb yönələ biləcək əmlakı və nəğd pul vəsaiti aşkar edilməmişdir. İcra nəticəsində 20.000,0 manat nağd ödənilmiş və borclunun hesabına qoyulan 10.12.2019-cu il tarixli 01 saylı inkasso sərəncamı icraya qəbul edilərək cəmiyyətin xeyrinə icra sənədləri üzrə tutulan vəsaitlər hesabına 69.300,0 manat məbləğində borcun qaytarılması təmin edilmişdir. AR Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin balansında olan əmlak Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli 2- 2(086)312/2019 saylı icra sənədi üzrə tələbi tam şəkildə ödəməyə kifayət etmir. "xxxx" MMCnin direktoru Şəxs cəmiyyətə məxsus olan əmlakı gizlətməsi, yaxud tələbin ödənilməsinə yönəlmiş məcburi icra tədbirlərinin görülməsinə digər vasitələrlə maneçilik törətməsi müəyyən edilməmişdur. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2019-cu il tarixli 2-2(086)312/2019 saylı icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə dəlalət edən heç bir sübut olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-128/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-128/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver