Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1286/2023 25.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmişli rayonu Muradxanlı bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə anadan olmuş AR vətəndaşı, evli, İmişli rayonu Muradxanlı bələdiyyəsinin sədri vəzifəsində işləyən və İmişli rayonu Muradxanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci i maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İXM-nin 549.2-ci i maddəsi ilə olan ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, İmişli rayonu Muradxanlı bələdiyyəsinin mütləq təqdim edilməli olan xx.xx.2023-cü il tarixli, 11 saylı iclas protokolunu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana beş iş günündən gec göndərmişdir. İmişli rayonu Muradxanlı bələdiyyəsinin sədri Şəxs göstərmişdir ki, İmişli rayonu Muradxanlı bələdiyyəsinin sədri vəzifəsində yeni olduğu üçün kifayət qədər təcrübəsi olmamış, ona görə də xx.xx.2023-cü il tarixli, 11 saylı iclas protokolunu İmişli regional ədliyyə idarəsinə vaxtında göndərməmişdir. İşdə olan İmişli rayonu Muradxanlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 11 saylı iclas protokolunun surətinə əsasən Muradxanlı bələdiyyəsinin 2024-cü il üçün yerli büdcəsinin gəlirləri 25100,0 manat, xərcləri 25100,0 manat təsdiq olunmuşdur. İşdə olan materiallardan görünür ki, İmişli rayonu Muradxanlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 11 saylı iclas protokolu xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə İmişli regional ədliyyə idarəsinə göndərilmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İPŞ-ə həvalə edilsin. Qərardan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-1286/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1286/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver