Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-13/2024 22.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC (VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 30000.00 ABŞ dolları məbləğində vəsaiti Bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 30000.00 ABŞ dolları vəsait hesabına alınan mallar (xidmətlə) ölkəyə idxal edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. İşdə olan Şəxs MMC və «AVATAR İNTERNATİONAL TRADE-CO LİMİTED» arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilənin surətinə əsasən tərəflər 670000,0 ABŞ dolları dəyərində mallarının alqı-satqısı barədə razılaşmışlar. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən Şəxs MMC ( VÖEN **********) "xxxx" ASC vasitəsilə “Yapı və Kredi Bankası A.S.” hesabına 30000.00 ABŞ dolları köçürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13002-01/80 saylı məlumatda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal edilən malların və xidmətlərin ödənişləri üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi halları üzrə xx.xx.2021-ci il tarixdə Şəxs MMC (VÖEN **********) "xxxx" ASC vasitəsilə qabaqcadan 30000.00 ABŞ dolları ödəniş həyata keçirmiş və 2 il müddət keçdikdən sonra, 30000.00 ABŞ vəsait hesabına alınan mallar ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsini və ya idxal olunan xidmətlərə dair sənədləri banka təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin məbləğini nəzərə alaraq Şəxs MMC-nin barəsində həmin məbləğin 20 faizi miqdarında cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC ( Hüquqi ünvan: İmişli şəhəri, P.Həsənov küçəsi ev 112 mənzil 0; Qanuni təmsilçi: X1) Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (məbləğ: 30.000,00 USD) 20 faizi miqdarında, yəni 6.000,0 (altı min) USD cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-13/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-13/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver