Məhkəmə qərarları › İş №3(036)-13/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-13/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-13/2025 14.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə İmişli Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 09 sentyabr 2024-cü il tarixdə İmişli rayonu, Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs X1 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli hesab edərək izahatında göstərmişdir ki, həmin silah üç ildir ki, ondadır. İlk dəfə 09 sentyabr 2024-cü il tarixdə İmişli rayonu, Məmmədli kəndi ərazisində bilməyərəkdən ova getmiş və ov etmişdir. Əməlindən peşmandır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Qaçay Abbaslı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 20:30 radələrində İmişli RPŞ-nin PPXB-nin polis nəfərləri polis Ağasif Ağayev və polis nəfəri İbrahim İmanov ilə birlikdə İmişli –Kürdəmir yolunda xidmətdə olan zaman Məmmədli kəndinin ərazisində “Vaz-2106” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dam hissəsində balıqçılıqda istifadə etmək üçün qayıq və bir neçə qarmaq görüb onları saxlamışlar. Maşına baxış keçirən zaman onlara məxsus olan bir ədəd “ATA ARMUS” markalı ov tüfəngi və ov mövsümü olmadığı üçün qanunsuz ovladıqları 5 ədəd ördək 14 ədəd Gərəf quşları aşkarlanmışdır. Həmin şəxsləri avtomabili ilə birlikdə RPŞ-nə gətirərək N/H-yə təhvil verilmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxslər İmişli rayonu, Muradallı kənd sakini xx.xx.1994- cü il təvəllüdlü Şəxs Fərhad oğlu və İmişli rayonu, Ə.Məmmədov küçəsi, ev 4 ünvanında yaşayan xx.xx.1988-ci təvəllüdlü X2 olması müəyyən olunmuşdur. Odur ki, raporta aidiyyati üzrə göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan 19 sentyabr 2024-cü il tarixli Qərardaddan görünür ki, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan 1705 nömrəli xx.xx.2022-ci il tarixli vəsiqənin surətindən görünür ki, Şəxs 12 kalibrli, “Ata-armus” markalı, 78-H21YT-004414 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İşdə olan foto şəkillərdən görünür ki, Şəxs ov edərkən saxlanılmışdır və 12 (on iki) ədəd çöl ördəyi aşkar edilmişdir. İşdə olan baxış aktından görünür ki, İmişli rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 83\2-12505 saylı məktubuna əsasən soyuducuda saxlanılmış və ona təqdim olunmuş 12 ədəd çöl quşlarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin quşlar çöl quşu olmaqla cürə (gərəf) quşlarıdır və ördək sinifindən olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 176 saylı qərarına əsasən bir ədəd çöl ördək quşunun təbiətə dəymiş ziyanı 5.50 qəpik (beş manat əlli qəpik) təşkil edir. 12 ədəd çöl ördəyinin təbiətə dəymiş ziyanı 66 (altımış altı) manat təşkil edir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişdir. İşdə olan 21 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola görə Şəxs 09 sentyabr 2024-cü il tarixdə İmişli rayonu, Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların, həmçinin onun ov hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar